Philips PerfectCare Performer GC8755/80 User Manual page 128

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 3
Azərbaycan
130
3 Ütünü Ərp Təmizləmə qabının üzərinə sabit şəkildə qoyun (Şək. 20).
4 Qısa siqnal səsi eşidənə qədər ƏRP TƏMİZLƏMƏ düyməsini 2 saniyə basılı saxlayın (Şək. 21).
Qeyd: Ərp Təmizləmə qabı Ərp Təmizləmə prosesi zamanı ərp hissəciklərinin və isti suyun yığılması üçün
nəzərdə tutulub. Bütün proses zamanı ütünü bu qabın üzərinə qoymaq tamamilə təhlükəsizdir.
5 Ərp Təmizləmə prosesi zamanı qısa siqnal və nasos səsi eşidəcəksiniz (Şək. 22).
6 Cihazın prosesi tamamlaması üçün təxminən 2 dəqiqə gözləyin. Ərp Təmizləmə prosesi başa çatdıqda
ütü siqnal verməyi, ƏRP TƏMİZLƏMƏ işığı isə yanıb-sönməyi dayandırır (Şək. 23).
7 Ütünü parça ilə silin və yenidən altlıq yerinə qoyun (Şək. 24).
Diqqət: Ütü istidir.
8 Ərp Təmizləmə qabı Ərp Təmizləmə prosesi zamanı qızdığı üçün qaba toxunmazdan əvvəl təxminən 5
dəqiqə gözləyin. Sonra Ərp Təmizləmə qabını çanağa boşaldın və gələcək istifadə üçün saxlayın (Şək. 25).
9 Lazım gələrsə, 1 və 8-ci addımları təkrarlaya bilərsiniz. Ərp Təmizləmə prosesinə başlamazdan əvvəl Ərp
Təmizləmə qabını boşaltdığınıza əmin olun.
Qeyd: Ütünün içərisində ərp yığılmayıbsa, Ərp Təmizləmə prosesi zamanı ütü altlığından təmiz su axa
bilər. Bu, normaldır.
Ərp Təmizləmə prosesinin həyata keçirilməsi haqqında ətraflı məlumat üçün bu linkdəki videolara baxın:
http://www.philips.com/descaling-iron.
Ütü altlığının təmizlənməsi
Cihazınıza düzgün qulluq etmək üçün onu mütəmadi olaraq təmizləyin.
1 Cihazı nəm parça ilə təmizləyin.
2 Ləkələri asanlıqla və effektiv şəkildə çıxarmaq üçün ütü altlığının qızmasını gözləyin və ütünü nəm parça
üzərində hərəkət etdirin (Şək. 26).
İpucu: Qüsursuz hərəkət üçün ütü altlığını mütəmadi olaraq təmizləyin.
Memorija
1 Cihazı söndürüb, şəbəkədən ayırın.
2 Su çənindəki suyu çanağa boşaldın (Şək. 27).
3 Su təchizatı şlanqını qatlayın. Su təchizatı şlanqını su təchizatı şlanqının saxlama bölməsinin içərisinə
dolayıb, saxlama qarmağına bərkidin (Şək. 28).
4 Elektrik kabelini qatlayın və Velcro bərkidici ilə bağlayın (Şək. 29).
5 Ütünü platformaya kilidləmək üçün daşıma kilidinin açma düyməsinə basın(Şək. 30).
6 Ütü platformada kilidləndikdə cihazı bir əlinizlə ütünün tutacağından tutaraq daşıya bilərsiniz (Şək. 31).
Problemi
Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Aşağıdakı məlumatlarla problemi
həll edə bilməsəniz, tez-tez verilən sualların siyahısı üçün www.philips.com/support saytına daxil olun və
ya ölkənizdəki İstehlakçılara Yardım Mərkəzi ilə əlaqə saxlayın.
Problem
Ütüdən buxar gəlmir.
Mümkün səbəb
Su çənində kifayət qədər su
yoxdur.
Buxar düyməsinə
basmamısınız.
Siz Ərp Təmizləmə prosesini
yerinə yetirənə qədər buxar
funksiyası deaktiv edilib.
Həll
Su çənini MİN göstəricisindən çox doldurun.
Buxar çıxana qədər buxar düyməsini basılı
saxlayın. Buxarın çıxması 30 saniyə çəkə bilər.
Buxar çıxana qədər buxar düyməsini basılı
saxlayın.
Buxar funksiyasını bərpa etmək üçün Ərp
Təmizləmə prosesini yerinə yetirin. ("Təmizlik
və baxım" bölməsinə baxın)

Advertisement

Table of Contents
loading

Table of Contents