Philips PerfectCare Performer GC8755/80 User Manual page 126

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 3
Azərbaycan
128
Cihazdan istifadə
Ütülənə bilən parçalar
Xəbərdarlıq: Ütülənməyən parçaları ütüləməyin.
-
Bu simvolların olduğu parçaları ütüləmək olar: məsələn, kətan, pambıq, polyester, ipək, yun, viskoz və
süni ipək (Şək. 7).
-
Bu simvol olan parçaları ütüləmək olmaz (Şək. 8). Bu parçalara Spandeks və ya elastan, Spandeks qarışığı
olan parçalar və poliolefinlər (məs., polipropilen) kimi sintetik parçalar daxildir. Geyimlərin üzərindəki
şəkillər də ütülənə bilməz.
Ütüləmə
1 Buxar generatorunu stabil və düz səthə qoyun.
Qeyd: Təhlükəsiz ütüləməni təmin etmək üçün altlığı həmişə sabit ütü masasına qoymağı tövsiyə edirik.
2 Su çənində kifayət qədər su olduğuna əmin olun.
3 Şəbəkə ştepselini torpaqlanmış divar rozetkasına taxıb, buxar generatorunu işə salmaq üçün yandırın/
söndürün düyməsinə basın. "Ütü hazırdır" işığı davamlı yanana qədər gözləyin. (Şək. 9). Bu, təxminən 2
dəqiqə çəkir.
4 Su təchizatı şlanqını su təchizatı şlanqının saxlama bölməsindən çıxarın.
5 Ütünü ütü platformasından götürmək üçün daşıma kilidinin açma düyməsinə basın(Şək. 10).
6 Ütüləməyə başlamaq üçün buxar düyməsini basılı saxlayın (Şək. 11).
Xəbərdarlıq: Heç vaxt buxarı insanlara yönəltməyin.
7 Ən yaxşı ütüləmə təcrübəsi üçün buxarla ütülədikdən sonra son dəfə buxarsız ütüləyin.
Qeyd: Cihazı ilk dəfə istifadə etdiyiniz zaman buxarın cihazdan çıxması 30 saniyə çəkə bilər.
Qeyd: Buxar düyməsini hər dəfə basdığınız zaman nasos işə düşür. Nasos incə, cingiltili səs çıxarır. Bu
normaldır. Su çənində su olmadıqda nasosun səsi daha yüksək çıxır. Suyun səviyyəsi minimumdan aşağı
düşəndə su çənini su ilə doldurun.
Daha güclü buxar üçün bütün ütülənə bilən parçalarda təhlükəsiz olan TURBO buxar rejimindən istifadə edə
bilərsiniz.
Pambıq, cins və kətan kimi parçalar üçün TURBO buxar rejimindən istifadə etmək tövsiyə olunur.
1 Ağ işıq yanana qədər yandırın/söndürün düyməsini 2 saniyə basılı saxlayın.
2 TURBO rejimini deaktiv etmək üçün mavi işıq yanana qədər yandırın/söndürün düyməsini 2 saniyə basılı
saxlayın.
Buxar püskürtmə funksiyası
Çətin qırışları açmaq üçün buxar püskürtmə funksiyasından istifadə edin.
1 Buxar düyməsinə iki dəfə tez basın (Şək. 12).
Şaquli ütüləmə
Xəbərdarlıq: Ütüdən isti buxar çıxır. Kiminsə əynində paltarın qırışlarını açmağa çalışmayın (Şək. 13).
Özünüzün və ya başqasının əlinə yaxın buxar tətbiq etməyin.
Asılmış parçaların qırışlarını hamarlamaq üçün ütüdən şaquli vəziyyətdə istifadə edə bilərsiniz.
1 Ütünü şaquli vəziyyətdə saxlayın, buxar düyməsinə basın və ütünün altlığı ilə yavaşca paltara toxunub,
ütünü aşağı-yuxarı hərəkət etdirin (Şək. 14).

Advertisement

Table of Contents
loading

Table of Contents