Download Print this page

Philips PerfectCare PSG9030/20R1 User Manual page 170

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 4
AZƏRBAYCAN
172
Suyun az olması barədə xəbərdarlıq işığı
Su çəni demək olar ki, boş olduqda "Suyun az olması barədə xəbərdarlıq" işığı yanıb-sönür. Su çənini
doldurun və cihazın yenidən qızması üçün buxar düyməsinə basın. "Ütü hazırdır" işığı davamlı olaraq
yandıqda buxarla ütüləməyə davam edə bilərsiniz.
Cihazınızdan istifadə
ActiveSense texnologiyası
Dünyada ütülərin ilk parça aşkarlama texnologiyası olan ActiveSense cihazınızda aktivdir.
Daxili kamera ilə ütüləmə zamanı parçaları tanıyan texnologiya süni intellektlə işləyir,
ideal temperatur və buxar miqdarını avtomatik tənzimləyir. Ütünüzü yanıq riski olmadan
ütüləmə taxtasının üstündə də saxlaya bilərsiniz.
9
10
11
ActiveSense texnologiyası ütü temperaturu parametrini dəyişdirmədən hər cür
ütülənə bilən parçaları istədiyiniz qaydada ütüləməyə imkan verir.
"Ütü hazırdır" işığı aşkar edilən parçaya əsasən lazım olan temperatur/buxar
səviyyəsinə (müvafiq işıq üçün normal və yüksək) uyğun olaraq mavi və ya ağ
rəngdə davamlı olaraq yana bilər.
Bu simvollarla qeyd olunan parçaları ütülümək olar (Şəkil 9), məsələn kətan,
pambıq, poliefir, ipək, yun, süni ipək və viskoz.
Qeyd: Ətrafındakı parça ütülənə bilsə belə, geyimin üzərindəki şəkilləri
ütüləməyin.
Bəzi incə parçalara və bəzəklərə (məsələn: zamşa, məxmər, metal hörgülər,
pulcuqlu tikmə) paltarın üstündən qısa məsafədə buxar vermək tövsiyə edilir.
Bu simvol olan parçaları ütüləmək olmaz (Şəkil 10). Bu parçalara Spandeks və ya
elastan, Spandeks qarışığı olan parçalar və poliolefinlər kimi sintetik parçalar
daxildir.
Ütüləmə zamanı ütünü ya ütü platformasına, ya da ütüləmə taxtasına üfüqi
şəkildə yerləşdirə bilərsiniz. ActiveSense texnologiyası sayəsində ütünün altlığı
ütüləmə taxtasının örtüyünü zədələməyəcək (Şəkil 11).
Qeyd: Ütünü daha uzun müddət hərəkət etdirmədiyiniz zaman bir az buxar
müşahidə oluna bilər. Ütünü hərəkət etdirmədiyiniz zaman altlığının lazımi
temperaturda olmasını təmin etmək sistem prosesinin bir hissəsi olduğu
üçün bu, normaldır. Bu müddət ərzində "ütü hazırdır" işığı mavi rəngdə
olacaq.
Qeyd: Ütünün ön tərəfinə toxunmamağa çalışın. Ütü isti olacaq.

Advertisement

loading

This manual is also suitable for:

Perfectcare 9000 series