Philips GC6804/26 User Manual page 128

Hide thumbs Also See for GC6804/26:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 4
130
Azərbaycan
Avtomatik bağlanma
-
Cihaz 5 dəqiqə ərzində istifadə edilmədikdə gözləmə rejiminə keçir. Yandırın/söndürün düyməsinin işığı
yanıb-sönməyə başlayır.
-
Cihazı yenidən aktivləşdirmək üçün yandırın/söndürün düyməsinə və ya buxar düyməsinə basın. Cihaz
yenidən qızmağa başlayacaq.
-
Gözləmə rejiminə keçdikdən sonra növbəti 10 dəqiqə istifadə edilmədikdə cihaz avtomatik sönür.
Yandırın/söndürün düyməsindəki işıq sönür.
Xəbərdarlıq: Cihaz elektrik şəbəkəsinə qoşulduqda onu heç vaxt nəzarətsiz qoymayın. Həmişə
istifadədən sonra cihazı şəbəkədən ayırın.
Təmizlik və baxım
Ağıllı ərp təmizləmə sistemi
Cihazınız ərpdən təmizləmə və adi təmizləməni müntəzəm olaraq həyata keçirmək üçün Ağıllı Ərp
Təmizləmə sistemi ilə təchiz edilib. Sistem güclü buxar performansını saxlamağa kömək edir və zamanla
altlıqdan çirk və ləkələrin çıxmasının qarşısını alır. Cihaz təmizləmə prosesinin həyata keçirilməsini təmin
etmək üçün müntəzəm xatırlatmalar verir.
Səs və işıqlı ərp təmizləmə xatırlatması
Ütüdən 1-3 ay istifadə etdikdən sonra Ərp təmizləmə işığı yanıb-sönməyə başlayır və cihaz Ərp Təmizləmə
prosesini yerinə yetirməli olduğunuzu bildirmək üçün səs siqnalı verməyə başlayır (Şək.13).
Bundan başqa, cihazı ərpdən qorumaq üçün ikinci müdafiə tədbiri də görülüb: cihaz ərpdən
təmizlənmədikdə buxar funksiyası söndürülür (Şək. 14). Cihaz ərpdən təmizləndikdən sonra buxar funksiyası
bərpa olunacaq. Bu, istifadə olunan suyun növündən asılı olmayaraq baş verir.
Qeyd: Ərp Təmizləmə prosesi istənilən vaxt, hətta səs və işıq xatırlatması hələ aktivləşdirilmədikdə də həyata
keçirilə bilər.
Ərp Təmizləmə konteyneri ilə Ərp Təmizləmə prosesinin yerinə yetirilməsi
Xəbərdarlıq: Ərp Təmizləmə prosesi zamanı cihazı nəzarətsiz qoymayın.
Diqqət: Ərp Təmizləmə prosesini həmişə Ərp Təmizləmə konteyneri ilə həyata keçirin. Ütünü Ərp
Təmizləmə konteynerindən yuxarı qaldıraraq prosesi dayandırmayın, çünki altlıqdan isti su və buxar
çıxacaq.
1 Su çənini yarıya qədər doldurun.
Qeyd: Ərp Təmizləmə prosesi zamanı cihazın elektrik şəbəkəsinə qoşulmasından və işə salınmasından
əmin olun.
2 Ərp Təmizləmə konteynerini ütü masasına və ya hər hansı digər düz, sabit səthə qoyun.
3 Ütünü Ərp Təmizləmə konteynerinə sabit şəkildə yerləşdirin (Şək. 15).
4 Ərp Təmizləmə düyməsini qısa səs siqnalları eşidənə qədər 2 saniyə basıb saxlayın (Şək. 16).
Qeyd: Ərp Təmizləmə konteyneri Ərp Təmizləmə prosesi zamanı ərp hissəcikləri və isti suyu toplamaq
üçün nəzərdə tutulub. Ütünün proses ərzində bu konteynerin üzərində saxlamaq tamamilə təhlükəsizdir.
5 Ərp Təmizləmə prosesi zamanı siz qısa səs siqnalları və nasos səsi eşidirsiniz (Şək. 17).
6 Cihazın prosesi başa çatdırması üçün təxminən 2 dəqiqə gözləyin (Şək. 18). Ərp Təmizləmə prosesi başa
çatdıqda, ütü səs siqnalı verməyi dayandırır və Ərp Təmizləmə işığının yanıb-sönməsi dayanır.
7 Ütünü parça ilə silin və yenidən bazaya yerləşdirin (Şək. 19).

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Gc6800 series

Table of Contents