Philips GC6804/26 User Manual page 127

Hide thumbs Also See for GC6804/26:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 4
Cihazdan istifadə
Ütülənə bilən parçalar
Ütülənməyən parçaları ütüləməyin.
-
Üzərində bu simvollar olan parçalar (Şək. 5), məsələn kətan, pambıq, polyester, ipək, yun, viskoz və süni
ipək ütülənir.
-
Üzərində bu simvol olan parçalar (Şək. 6) ütülənmir. Bu parçalara Spandeks və ya elastan, Spandeks
qarışığı olan parçalar və poliolefinlər kimi sintetik parçalar (məs., polipropilen) daxildir. Geyimlərin
üzərindəki printlər də ütülənə bilməz.
Ütüləmə
1 Cihazı sabit və düz səthə qoyun.
Qeyd: Ütüləmənin təhlükəsizliyi üçün bazanı həmişə sabit dayanan ütü masasının üzərinə qoymağı
tövsiyə edirik.
2 Su çənində kifayət qədər su olmasından əmin olun.
3 Elektrik kabelini və su təchizatı şlanqını saxlama bölməsindən çıxarın.
4 Şəbəkə ştepselini torpaqlanmış divar rozetkasına taxıb, cihazı işə salmaq üçün yandırın/söndürün
düyməsinə basın. "Ütü hazırdır" işığı davamlı yanana qədər gözləyin (Şək. 7). Bu, təxminən 2 dəqiqə çəkir.
5 Yalnız GC6819, GC6820, GC6830 və GC6840 seriyalı modellər üçün: Ütünü ütü platformasından
götürmək üçün daşıma kilidini açma düyməsinə basın (Şək. 8).
6 Ütüləməyə başlamaq üçün buxar tətiyini basıb saxlayın (Şək. 9).
Qeyd: Ütüləmənin yaxşı nəticə verməsi üçün buxarla ütülədikdən sonra son toxunuşları buxarsız yerinə
yetirin.
Xəbərdarlıq: Heç vaxt buxarı insanlara yönəltməyin.
Qeyd: Cihazı ilk dəfə istifadə etdiyiniz zaman buxarın cihazdan çıxması 30 saniyə çəkə bilər.
Qeyd: Buxar tətiyini hər dəfə basdığınız zaman nasos işə düşür. O, incə cingiltili səs çıxarır, bu normaldır.
Su çənində su olmadıqda, nasosun səsi daha bərk çıxır. Suyun səviyyəsi minimum səviyyədən aşağı
düşdükdə su çənini su ilə doldurun.
Buxar püskürtmə funksiyası
1 3 saniyə ərzində güclü buxar buraxmaq üçün buxar tətiyinə iki dəfə cəld basın (Şək. 10).
Qeyd: Buxar püskürtmə funksiyasından yalnız sərt qırışlar üçün istifadə etməyiniz tövsiyə olunur.
Şaquli ütüləmə
Xəbərdarlıq: Ütüdən isti buxar çıxır. Paltar kiminsə əynində olduğu zaman paltardakı qırışları
aradan qaldırmağa çalışmayın (Şək. 11). Özünüzün və ya başqasının əlinə yaxın buxar tətbiq
etməyin.
Asılmış parçaların qırışlarını hamarlamaq üçün buxarlı ütüdən şaquli vəziyyətdə istifadə edə bilərsiniz.
1 Ütünü şaquli vəziyyətdə saxlayın, buxar tətiyinə basın və ütünün altlığı ilə yavaşca paltara toxunun və
ütünü yuxarı-aşağı hərəkət etdirin (Şək. 12).
Təhlükəsiz saxlama
Paltarınızı düzəldərkən ütünün saxlanması
Paltarınızı düzəldərkən ütünü ya dəmir platformaya, ya da üfüqi şəkildə ütü masasının üzərinə qoya
bilərsiniz (Şək.2). OptimalTEMP texnologiyası altlığın ütü masasının örtüyünə zərər verməməsini təmin edir.
Azərbaycan
129

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Gc6800 series

Table of Contents