Ümumi məlumatlar
İnteraktiv panel Multiboard Light+ Android əməliyyat sistemi bazasında olan tətbiqlər ilə işləmək, məlumatların yaradılması və emalı
üçün nəzərdə tutulmuşdur. VESA bərkidicisinin köməyi ilə divara və ya döşəməüstü dayağa quraşdırılır. İnternet şəbəkəsinə simli və
simsiz bağlantı, xarici cihazların simli və simsiz bağlantısı, daxili mini kompüterin quraşdırılması nəzərdə tutulmuşdur. İdarəetmə sensor
ekranın və/və ya uzaqdan idarəetmə (Uİ) pultunun vasitəsilə həyata keçirilir.
Texniki xüsusiyyətləri
Elektrik qidalanması: giriş AC 100–240 V, 10,0 A, 50/60 Hs, 800,0 Vt (maks.), gözləmə rejimində ≤ 0,5 Vt.
Ekranın diaqonalı 110". Ekranın ölçüləri 3840×2160 (Ultra HD), 16:9 nisbəti. Ekranın texnologiyası: maye kristal, sensor (infraqırmızı),
20 nöqtəyədək eyni anda təsir, Direct LED işıqlanması. Baxış bucağı: 178° (şaquli) / 178° (üfüqi). Parlaqlıq: 450 km/m². Kontrastlıq
5000:1. Tezlik: 60 Hs. Cavab müddəti ≤ 8 ms.
Girişlər: AUDIO IN; AUDIO OUT; DP IN; HDMI IN (×3); HDMI OUT; JAE (80 pin); LAN (RJ45) (×2); MIC IN; RS232 IN; S/PDIF;
USB Type A 2.0; USB Type A 3.0 (×4); USB Type B 3.0 (×4); USB Type C (×2); VGA IN; SD-kart üçün yuva.
Prosessorları: ARM Cortex A73 2,2 QHs (×4) + ARM Cortex A53 2,0 QHs (×4). Qrafikası: Mali-G52 MP8 (800 MHs). OYQ: 8 QB. Daxili
yaddaşı: 64 QB. ƏS: Android 13 (əvvəlcədən quraşdırılmış). LAN: 10/100/1000 Mbit/san. Wi-Fi 802.11 (a/b/g/n/ac) 2,4 / 5,0 QHs,
≤ 18,79 dBm (75,68 mVt). BT 4.2 / 5.1, ≤ 3,96 dBm (2,49 mVt); NFC ≤ 30 sm (NFC-A, NFC-B).
Dinamiklər 2.1 (16,0 Vt, yüksəktezlikli (×2); 16,0 Vt, aşağıtezlikli (×1)). Videokamera: 13 Mpk, Ultra HD (4K, ≤ 30 kadr/san). Videosiqnalın
sıxılması: MJPEG. Baxış bucağı: 85° (diaqonal) / 58° (şaquli) / 73° (üfüqi). Fokuslaşma məsafəsi ≥ 80 sm. Mikrofonlar 6 əd.; səs tutma
radiusu ≤ 8 m.
Material: alüminium, bərkimiş şüşə. Rəng: qara. Ölçüləri (U×E×H): 2507,1×152,9×1482,1 mm. Netto çəkisi: 132 kq. Uyğun VESA
bərkidicisinin ölçüsü: 800×1000 (M8).
İstismar şərtləri: temperaturu 0...+40 °C; nisbi rütubəti 10–80 % (kondensasiyasız).
Saxlanma şəraiti: temperaturu −40...+60 °C; nisbi rütubəti 10–80 % (kondensasiyasız).
Tədarük dəsti: İnteraktiv panel Multiboard Light+, Uİ pultu, 2 qidalanma kabeli (E/F və G ştepselləri) (3 m), USB Type A/B kabeli (3 m),
HDMI kabeli (3 m), stiluslar (6 əd.), istifadəsinə dair qısa təlimat.
Zəmanət: yerli qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, 2 il + 1 il ödənişsiz servis xidməti (bax. prestigio-
solutions.com/warranty).
Xidmət müddəti: 3 il.
Məhdudiyyətlər və xəbərdarlıqlar
DİQQƏT! Bu sənəddə əks olunmuş xəbərdarlıqlar, ehtiyat tədbirləri və təlimatlar bütün mümkün təhlükəli halları əhatə etmir.
Cihazdan istifadə edərkən sağlam düşüncə rəhbər tutulmalıdır.
1. İnteraktiv paneli hərəkət etdirərkən və quraşdırarkən ehtiyatlı olun. Quraşdırma ixtisaslı quraşdırıcılar tərəfindən aparılmalıdır (ən azı
2 nəfər).
2. Cihazdan yalnız otaqda istifadə edin. Cihazı yüksək temperaturların (elektrik qızdırıcısının, birbaşa günəş şüalarının) təsirinə məruz
qoymayın. Cihazın içərisinə maye və tozun düşməsinə yol verməyin.
3. Cihazın ventilyasiya dəliklərini bağlamayın.
4. Bu cihaz 14 yaşdan kiçik uşaqlar və ya cihazın istismarı ilə bağlı kifayət qədər təcrübə və ya bilikləri olmayan fiziki, psixi və ya əqli
qüsurlu insanlar tərəfindən istifadə üçün nəzərdə tutulmayıb.
5. Cihazı sökməyin və onu sərbəst olaraq təmir etməyə çalışmayın.
6. Kabelləri yalnız sönülü vəziyyətdə olan interaktiv panelə birləşdirin.
7. İnteraktiv panelə qoşulan kabellərin qatlanmasına və sıxılmasına yol verməyin. Kabellərin isti səthlər və iti əşyalarla təmasına yol
verməyin. Sertifikatlaşdırılmamış və ya zədələnmiş kabellərdən istifadə etməyin.
8. İnteraktiv panelin yuvalarından yalnız təyinatı üzrə istifadə edin. Yuvalara kənar əşyalar taxmayın, kabel və fleş-toplayıcıları yuvalara
taxarkən güc tətbiq etməyin.
9. Cihazın quraşdırılmış proqram təminatını və sistemini mütəmadi olaraq ən son versiyalaradək yeniləyin.
10. Proqram təminatını quraşdırmazdan əvvəl onun sistem tələblərinin interaktiv panelin parametrlərinə uyğun olduğundan əmin
olun. Proqram təminatının işləməsinə dair məsələlərlə bağlı proqramlaşdırıcının dəstək xidmətinə müraciət edin.
11. Sensor ekrana yalnız təmiz quru əllərinizlə və ya tədarük dəstinə daxil edilmiş stiluslarla toxunun. Ekrana zərbələrdən qaçının, ona
iti əşyalarla toxunmayın.
12. Cihazı tənzimləməzdən əvvəl onu söndürün və elektrik şəbəkəsindən ayırın. Səthi yüngül hərəkətlərlə və təzyiq olmadan azca nəm
parça ilə təmizləyin. Aqressiv yuyucu və ya aşındırıcı maddələrdən, həmçinin metal süngərlərdən istifadə etməyin.
13. Şimşək çaxarkən cihazı elektrik şəbəkəsindən ayırın.
14. İnteraktiv paneli söndürməzdən və ya onu gözləmə rejiminə keçirməzdən əvvəl panelə quraşdırılmış mini kompüterin (əgər varsa)
söndürüldüyündən əmin olun.
15. İnteraktiv panel uzun müddət istifadə edilmədiyi təqdirdə onu elektrik şəbəkəsindən ayırın.
16. Ekranda bir saatdan çox hərəkətsiz bir şəkil saxlamayın – bu piksellərin yanmasına səbəb olur.
17. Cihazın düşməsinə və zərbəyə məruz qalmasına yol verməyin.
18. Cihaz aşağı temperaturlarda daşınarsa və ya saxlanılarsa, ondan istifadə etməzdən əvvəl 24 saat ərzində otaq temperaturunda
saxlayın.
19. Cihaz işləyərkən tüstülənmə, kənar səs-küy və ya qoxu aşkar edilərsə, onu dərhal qidalanma mənbəyindən ayırın. Texniki dəstək
xidmətinə müraciət edərək prestigio-solutions.com saytının əsas səhifəsindəki əks əlaqə formasını doldurun.
Cihazın istismarı zamanı problem və ya sualınız yaranarsa, onu satıcı geri qaytarmazdan əvvəl texniki dəstək xidməti ilə əlaqə saxlayın.
Bunun üçün prestigio-solutions.com saytının əsas səhifəsinin aşağısındakı formanı doldurun.
16
PSMB068P110
© 2024 Prestigio Solutions
Need help?
Do you have a question about the Multiboard Light+ PSMB068P110 and is the answer not in the manual?