Philips GC7930/30 User Manual page 95

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 5
Azərbaycan
96
-
Cihazı yenidən aktivləşdirmək üçün yandırın/söndürün düyməsinə və ya buxar düyməsinə basın. Cihaz
yenidən qızmağa başlayacaq.
-
Gözləmə rejiminə keçdikdən sonra növbəti 10 dəqiqə istifadə edilmədikdə cihaz avtomatik sönür.
Yandırın/söndürün düyməsindəki işıq sönür.
Xəbərdarlıq: Cihaz elektrik şəbəkəsinə qoşulduqda onu heç vaxt nəzarətsiz qoymayın. Həmişə
istifadədən sonra cihazı şəbəkədən ayırın.
Təmizlik və baxım
Smart Ərp Təmizləmə Sistemi
Ərp çıxarma və təmizləməni müntəzəm olaraq həyata keçirmək üçün cihazda Smart Ərp Təmizləmə sistemi
dizayn edilmişdir. Bu, güclü buxar performansını qorumağa kömək edir və zamanla ütü altlığından kir
və ləkələrin çıxmasının qarşısını alır. Təmizləmə prosesinin həyata keçirilməsini təmin etmək üçün cihaz
müntəzəm olaraq sizə xatırladıcılar göndərir.
Səs və işığı olan Ərp Təmizləmə xatırladıcısı
1-3 aylıq istifadədən sonra Ərp Təmizləmə işığı yanıb-sönməyə başlayır və cihaz Ərp Təmizləmə prosesini
yerinə yetirməli olduğunuzu bildirmək üçün siqnal verməyə başlayır (Şək. 14).
Bundan əlavə, ərpdən qorumaq üçün cihaza ikinci bir müdafiə mərhələsi daxil edilmişdir: ərp təmizləmə
prosesi aparılmasa, buxar funksiyası söndürülür (Şək. 15). Ərp çıxarıldıqdan sonra buxar funksiyası bərpa
olunacaq. Bu, istifadə olunan suyun növündən asılı olmayaraq baş verir.
Qeyd: Ərp Təmizləmə prosesi istənilən vaxt, hətta səs və işıq xatırladıcısı hələ aktivləşdirilməsə belə, həyata
keçirilə bilər.
Ərp Təmizləmə qabı ilə Ərp Təmizləmə prosesinin yerinə yetirilməsi
Xəbərdarlıq: Ərp Təmizləmə prosesi zamanı cihazı nəzarətsiz qoymayın.
Diqqət: Ərp Təmizləmə prosesini həmişə Ərp Təmizləmə qabı ilə həyata keçirin. Ütünü Ərp Təmizləmə
qabından yuxarı qaldıraraq prosesi dayandırmayın, çünki ütü altlığından isti su və buxar çıxacaq.
1 Su çənini yarıya qədər doldurun.
Qeyd: Ərp Təmizləmə prosesi zamanı cihazın elektrik şəbəkəsinə qoşulduğuna və YANDIRILDIĞINA əmin
olun.
2 Ərp Təmizləmə qabını ütü masasına və ya hər hansı digər düz, sabit səthə qoyun.
3 Ütünü Ərp Təmizləmə qabının üzərinə sabit şəkildə qoyun (Şək. 16).
4 Qısa siqnal səsi eşidənə qədər ƏRP TƏMİZLƏMƏ düyməsini 2 saniyə basılı saxlayın (Şək. 17).
Qeyd: Ərp Təmizləmə qabı Ərp Təmizləmə prosesi zamanı ərp hissəciklərinin və isti suyun yığılması üçün
nəzərdə tutulub. Bütün proses zamanı ütünü bu qabın üzərinə qoymaq tamamilə təhlükəsizdir.
5 Ərp Təmizləmə prosesi zamanı qısa siqnal və nasos səsi eşidəcəksiniz (Şək. 18).
6 Cihazın prosesi tamamlaması üçün təxminən 2 dəqiqə gözləyin (Şək. 19). Ərp Təmizləmə prosesi
tamamlandığı zaman ütü siqnal veməyi, ƏRP TƏMİZLƏMƏ işığı isə yanıb-sönməyi dayandırır.
7 Ütünü parça ilə silin və yenidən altlıq yerinə qoyun (Şək. 20).
Diqqət: Ütü istidir.
8 Ərp Təmizləmə prosesi zamanı Ərp Təmizləmə qabı qızır. Qaba toxunmazdan əvvəl təxminən 5 dəqiqə
gözləyin. Sonra Ərp Təmizləmə qabını çanağa boşaldın və gələcək istifadə üçün saxlayın (Şək. 21).
9 Lazım gələrsə, 1 və 8-ci addımları təkrarlaya bilərsiniz. Ərp Təmizləmə prosesinə başlamazdan əvvəl Ərp
Təmizləmə qabını boşaltdığınıza əmin olun.
Qeyd: Ütünün içərisində ərp yığılmayıbsa, Ərp Təmizləmə prosesi zamanı ütü altlığından təmiz su axa
bilər. Bu, normaldır.
Ərp Təmizləmə prosesinin həyata keçirilməsi haqqında ətraflı məlumat üçün bu linkdəki videolara baxın:
http://www.philips.com/descaling-iron.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Gc7900 series

Table of Contents