Philips GC7930/30 User Manual page 93

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 5
Azərbaycan
94
Uvod
Philips-dən alış-veriş etdiyiniz üçün sizi təbrik edirik və "Philips-ə xoş gəlmisiniz" deyirik! Philips-in təklif
etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuzu www.philips.com/welcome səhifəsində
qeydiyyatdan keçirin.
Cihazdan istifadəyə başlamazdan əvvəl bu təlimat kitabçasını, vacib məlumatlar bukletini və başlamaq
haqqında qısa təlimatı oxuyun. Onları gələcəkdə istinad etmək üçün saxlayın.
Məhsula ümumi baxış (Şək. 1)
1 Ütü altlığı
2 "Ütü hazırdır" işığı
3 Buxar düyməsi/Buxar püskürtmə
4 Su təchizatı şlanqı
5 Ütü platforması
6 Daşıma kilidini açmaq üçün düymə
7 Su çəninin açılma qolu
8 Doldurma dəliyi
9 Çıxarıla bilən su çəni
10 Su təchizatı şlanqının saxlama bölməsi
11 Ştepseli olan elektrik kabeli
12 Smart Ərp Təmizləmə qabı
13 İşığı olan ƏRP TƏMİZLƏMƏ düyməsi
14 Yandırma və söndürmə işığı olan yandırın/söndürün düyməsi
İstifadəyə hazırlanır
İstifadə olunacaq suyun növü
Cihaz kran suyu ilə istifadə üçün nəzərdə tutulub. Yaşadığınız ərazidə su acıdırsa, sürətlə ərp yarana bilər.
Bu səbəbdən cihazı uzun müddət istifadə edə bilmək üçün distillə edilmiş və ya minerallardan təmizlənmiş
sudan (su ilə qarışdırılmış 50% minerallardan təmizlənmiş/distillə edilmiş su da istifadə oluna bilər) istifadə
etmək məsləhət görülür.
Xəbərdarlıq: Ətirli su, quruducudan götürülən su, sirkə, nişasta, ərp təmizləyici vasitələr, ütüləmə
vasitələri, kimyəvi təmizlənmiş su və ya digər kimyəvi maddələrdən istifadə etməyin, çünki onlar su
sızmasına, qəhvəyi rəngli ləkələmə və ya cihazınızın zədələnməsinə səbəb ola bilər.
Su çənini doldurmaq
Hər istifadədən əvvəl və ya su çənindəki suyun səviyyəsi minimum səviyyədən aşağı düşəndə su çənini
doldurun. İstifadə zamanı istənilən zaman su çənini yenidən doldura bilərsiniz.
1 Su çəninin tutacağındakı qola basın və su çənini altlıqdan çıxarın (Şək. 2).
2 Su çənini MAKS göstəricisinə qədər doldurun (Şək. 3).
3 Yerinə kilidlənənə qədər su çənini yenidən cihazın içərisinə bərkidin ("klik səsi").
Cihazdan istifadə
Ütülənə bilən parçalar
Ütülənməyən parçaları ütüləməyin.
-
Bu simvolları olan parçaları (Şək. 4) ütüləmək olar, məsələn kətan, pambıq, polyester, ipək, yun, süni ipək
və viskoz.
-
Bu simvol olan parçaları (Şək. 5) ütüləmək olmaz. Bu parçalara Spandeks və ya elastan, Spandeks qarışığı
olan parçalar və poliolefinlər (məs., polipropilen) kimi sintetik parçalar daxildir. Geyimlərin üzərindəki
şəkillər də ütülənə bilməz.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Gc7900 series

Table of Contents