Download Print this page

Philips AVENT SCD841 Manual page 70

Hide thumbs Also See for AVENT SCD841:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
SƏS-KÜY/SƏS
Sual
Niyə valideyn
aparatından və/və ya
körpə aparatından yüksək
səs-küy gəlir?
Necə səssiz edə bilərəm?
Niyə səs eşitmirəm?
Körpəm ağlayanda niyə
eşidə bilmirəm? Niyə
səsin hamısı yox, bir qismi
ötürülür?
Niyə valideyn aparatı
körpəmin çıxardığı səslərə
nisbətən digər səslərə
daha tez reaksiya verir?
Cavab
Ola bilsin ki, valideyn aparatı və körpə aparatı bir-birinə çox
yaxındır. Valideyn aparatının və körpə aparatının bir-birindən ən azı
2,5 metr/8,2 fut məsafədə olduğundan əmin olun.
Ola bilsin ki, valideyn aparatının səs səviyyəsi çox yüksək olaraq təyin
edilib. Valideyn aparatının səs səviyyəsini azaldın.
Valideyn aparatından siqnal səsinin gəlməsinin səbəbləri haqqında daha
çox məlumat üçün "Niyə valideyn aparatından siqnal səsi gəlir?" mövzusu
barəsində tez-tez verilən suallara baxın.
Nəzarət düyməsinin aşağı tərəfinə basmaqla cihazı səssiz edin. Ekrandakı
səs səviyyəsi paneli tamamilə boş olduqda səs səviyyəsi səssiz edilmiş olur.
Ola bilsin ki, valideyn aparatının səs səviyyəsi çox aşağı olaraq təyin edilib
və ya söndürülüb. Səs səviyyəsini artırmaq üçün nəzarət düyməsinin
yuxarı tərəfinə basın.
Böyük ehtimalla, valideyn aparatı səssiz edilib, nəzarət düyməsinin
yuxarı tərəfinə basmaqla cihazı səssiz rejimdən çıxarın və səs səviyyəsini
tənzimləyin.
Həssaslıq çox aşağı olaraq təyin edilib, valideyn aparatının menyusunda
həssaslığı daha yüksək səviyyəyə tənzimləyin.
Ola bilsin ki, körpə aparatı körpənizdən çox uzaqdadır. Optimal
səs aşkarlaması üçün körpə aparatının körpənizdən maksimum
1,5 metr/5 fut məsafədə olduğundan əmin olun. 1 metr/3,5 futdan az
məsafə boğulma təhlükəsini artırır.
Körpə aparatı da körpənizin səslərindən başqa digər səsləri aşkarlayır.
Körpə aparatını körpəyə yaxınlaşdırın (lakin minimum məsafə
1 metr/3,5 fut olmalıdır).
Ola bilsin ki, həssaslıq səviyyəsi çox yüksək olaraq təyin edilib.
Körpəniz aşağı səslər çıxardıqda həssaslıq daha yüksək olmalıdır. Buna
baxmayaraq, körpəniz nə qədər yüksək səs çıxarsa, o qədər aşağı
həssaslıq səviyyəsi təyin edilə bilər. Körpə monitorunun həssaslığını
valideyn aparatının menyusunda dəyişdirə bilərsiniz.
- Azərbaycan 68 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd843Avent scd845Avent scd845/52