Download Print this page

Daxili Batareyanı Çıxarın; Zəmanət Və Dəstək - Philips AVENT SCD841 Manual

Hide thumbs Also See for AVENT SCD841:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Daxili batareyanı çıxarın
Zəmanət və dəstək
Qeyd: Yenidən doldurula bilən batareyanın peşəkar şəkildə
çıxarılmasını məsləhət görürük.
Təkrar şarj olunan batareyanı yalnız cihazı atdığınız zaman çıxarın.
Çıxardığınız zaman batareyanın tamamilə boş olduğundan əmin olun.
Yalnız valideyn aparatında batareya var.
Prosedur:
1 Valideyn aparatının aşağı tərəfindəki 2 rezin ayağı çıxarın.
2 İndi valideyn aparatının aşağı tərəfində görünən 2 vinti çıxarın.
3 Antenanı yuxarı vəziyyətə qoyub, arxa korpusda görünən vinti çıxarın.
4 Aralarına tornavida daxil edərək arxa korpusu ön korpusdan ayırın.
2020-ci ilin avqustundan* sonra istehsal edilmiş daha yeni versiyalarda
güc etiketinin altında daha 2 vint var. Güc etiketini cırın, vintləri çıxarın,
kəmər sıxacını açın və batareya bölməsinin qapısını sürüşdürün.
5 Batareyanın birləşdirici kabelinin (qara-ağ-qırmızı kabel) bağlantısını
kəsin.
6 Batareya tutacağındakı 4 vinti çıxarın. 2020-ci ilin avqustundan sonra
istehsal edilmiş yeni versiyalarda vint yoxdur.
7 Batareyanı çıxarın.
*İstehsal tarixi kodu GGAAİİ kəmər sıxacının altında, 2 rezin ayağın
yuxarısında yerləşir.
Ölkənizdə elektron məhsulların toplanma/təkrar emal sistemi yoxdursa,
məhsulu atmazdan əvvəl batareyanı çıxarıb təkrar emal etməklə ətraf
mühiti qoruya bilərsiniz.
Batareyanı çıxarmazdan əvvəl məhsulun doldurma qutusu ilə
bağlantısının kəsildiyindən əmin olun.
Məlumat və ya dəstəyə ehtiyacınız varsa, www.philips.com/support
vebsaytına daxil olun və ya beynəlxalq zəmanət kitabçasını oxuyun.
- Azərbaycan 64 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd843Avent scd845Avent scd845/52