Download Print this page

Philips AVENT SCD841 Manual page 42

Hide thumbs Also See for AVENT SCD841:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Xəbərdarlıq
-
Cihazı qoşmazdan əvvəl adapterin üzərində göstərilən gərginliyin yerli
şəbəkə gərginliyinə uyğun olub-olmadığını yoxlayın.
-
Adapterin və onun kabelinin hər hansı hissəsini dəyişdirməyin və ya
kəsməyin, çünki bu, təhlükəli vəziyyət yaradır.
-
Yalnız təchiz edilmiş adapterdən istifadə edin.
-
Adapter zədələnibsə, təhlükənin qarşısını almaq üçün onu həmişə
orijinal növlərindən biri ilə əvəz edin.
-
Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli
qabiliyyətləri zəif olan, yaxud cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi
olmayan insanlar tərəfindən o zaman istifadə oluna bilər ki, onlara
cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz
istifadəni təmin etmək üçün nəzarət altında olacaqlar, yaxud əlaqədar
təhlükələr barədə məlumatlandırılıblar. Uşaqlar cihazla oynamamalıdır.
Uşaqlar nəzarət olmadan təmizlik və ya istifadəçi baxımını həyata
keçirməməlidir.
-
Xüsusilə, ştepsel çəngəlinin, rozetkanın və aparatın elektrik kabelinin
tapdalanmasına və ya sıxılmasına imkan verməyin.
-
Körpə monitorunu kabeli qapı və ya keçidə mane olmayacaq şəkildə
yerləşdirdiyinizdən əmin olun. Körpə monitorunu stolun və ya alçaq
şkafın üzərinə qoysanız, elektrik kabelinin masanın və ya şkafın
kənarından asılmasına imkan verməyin. Kabelin ilişmə təhlükəsi yarada
biləcəyi yerə uzanmadığından əmin olun.
-
Qablaşdırma materiallarını (plastik paketlər, karton buferlər və s.)
uşaqların əli çatmayan yerdə saxlayın, çünki bunlar oyuncaq deyil.
-
Elektrik şokunun qarşısını almaq üçün körpə aparatının və ya valideyn
aparatının korpusunu açmayın.
Batareya haqqında təhlükəsizlik təlimatları
-
Bu məhsulu yalnız təyinatı üzrə istifadə edin və bu istifadəçi
təlimatında təsvir olunduğu kimi ümumi və batareya təhlükəsizliyi
təlimatlarına əməl edin. Hər hansı yanlış istifadə elektrik şokuna,
yanıqlara, yanğına və digər təhlükələrə, yaxud yaralanmalara səbəb ola
bilər.
-
Batareyanı doldurmaq üçün yalnız təmin edilmiş sökülə bilən təchizat
blokundan* istifadə edin. Uzadıcı kabeldən istifadə etməyin.
-
Məhsulu 0 °C-40 °C temperaturda doldurun, istifadə edin və saxlayın.
-
Tam dolduqdan sonra cihazı hər zaman cərəyandan ayırın.
-
Məhsulları və onların batareyalarını yandırmayın və onları birbaşa gün
işığına və ya yüksək temperatura (məsələn, isti avtomobillərdə və ya isti
sobaların yanında) məruz qoymayın. Çox isinsə, batareyalar partlaya
bilər.
-
Məhsul anormal dərəcədə isinirsə, anormal qoxu gəlirsə, rəngi
dəyişibsə və ya doldurma üçün həmişəkindən daha çox vaxt lazım
olursa, məhsuldan istifadəni və onu doldurmağı dayandırıb, Philips
dileri ilə əlaqə saxlayın.
- Azərbaycan 40 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd843Avent scd845Avent scd845/52