Download Print this page

Philips AVENT SCF870 Manual page 40

Hide thumbs Also See for AVENT SCF870:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
4
Nəzarət düyməsini qarışdırma vəziyyətinə gətirin. Qida lazımi qaydada qarışana
qədər düyməni bu vəziyyətdə saxlayın.
Qarışdırma funksiyası həddindən artıq qızmanın qarşısını almaq üçün 30 saniyəlik
taymerə malikdir. 30 saniyədən sonra qarışdırmanı tamamlamamısınızsa, cihaz
sönəcək və iki dəfə səs siqnalı verəcək. Cihaz 30 saniyə ərzində soyuduqdan sonra bir
dəfə səs siqnalı verəcək. Bundan sonra yenidən qarışdırmağa başlaya bilərsiniz.
Qeyd: İnqrediyentlər qabın divarına yapışırsa, cihazı söndürün və onları qaşıqla tərpədin
və ya bir az maye əlavə edin.
Qeyd: Qarışdırılmış körpə qidasını körpəyə verməzdən əvvəl uyğun konsistensiyada
olmasından əmin olun (məsələn, yeməkdə heç bir iri parça yoxdur).
Qeyd: Körpə qidası hələ də çox bərkdirsə, o, yumşaq və eynicinsli olana qədər bir az
maye (məsələn, su) əlavə edin.
5
Qarışdırmağı yekunlaşdırdıqdan sonra sadəcə nəzarət düyməsini buraxın.
» Nəzarət düyməsi avtomatik sönülü vəziyyətə qayıdır.
6
Cihazı cərəyan şəbəkəsindən ayırın.
7
Ülgüc qurğusunu çıxarın. Ülgüc qurğusunu çıxararkən diqqətli olun, çünki qaynar
ola bilər. Qarışdırılmış yeməyi qabdan çıxarın. Lazım gələrsə, bu cihazın üzərində
verilmiş qaşıqdan istifadə edin.
Körpə qidasının körpəniz üçün təhlükəsiz temperaturda olduğundan əmin olun.
8
Normal şərtlərdə buxarda bişirmədən sonra su rezervuarında su qalmır. Bununla
belə, bəzi hallarda (məsələn, su rezervuarının içərisində ərp yığıldıqda, buxarda
bişirmə prosesi yarıda kəsildikdə və ya cihaz nəzərdə tutulmadığı məqsədlər üçün
istifadə edildikdə) su rezervuarında bir az su qala bilər. Bu halda bakteriyaların
artmasının qarşısını almaq üçün su rezervuarını istifadədən sonra tamamilə
boşaldın. Su çənini ərpdən təmizləmək üçün "Təmizlik və baxım" bölməsinə baxın.
- Azərbaycan 38 -

Hide quick links:

Advertisement

loading

This manual is also suitable for:

Avent scf870/20