Download Print this page

Buxarda Bişirmədən Sonra Qarışdırma - Philips AVENT SCF870 Manual

Hide thumbs Also See for AVENT SCF870:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
10
Buxarda bişirilmiş qidanı qarışdırmağa davam etmək istəyirsinizsə, aşağıda
"Buxarda bişirmədən sonra qarışdırma" bölmələrini ötürüb yalnız "Qarışdırma"
bölməsindəki göstərişlərə əməl edin.
11
Normal şərtlərdə buxarda bişirmədən sonra su rezervuarında su qalmır. Bununla
belə, bəzi hallarda (məsələn, su rezervuarının içərisində ərp yığıldıqda, buxarda
bişirmə prosesi yarıda kəsildikdə və ya cihaz nəzərdə tutulmadığı məqsədlər üçün
istifadə edildikdə) su rezervuarında bir az su qala bilər. Bu halda bakteriyaların
artmasının qarşısını almaq üçün su rezervuarını istifadədən sonra tamamilə
boşaldın. Su çənini ərpdən təmizləmək üçün "Təmizlik və baxım" bölməsinə baxın.
Buxarda bişirmədən sonra qarışdırma
1
Qabın tutacağından tutub mühərrikin üzərindən qaldırın. Qidanın ülgüc
qurğusunun üzərinə düşməsi üçün qabı tərs çevirib silkələyin.
Qabı yalnız tutacağından tutun. Qabın qapağı, alt və çöl hissəsi istidir.
2
Lazım gələrsə, qapağı çıxarın və qarışdırmaq üçün əlavə maddələr əlavə edin
(məsələn, su və ya yağ).
Buxarda bişirmədən sonra qaba daha çox inqrediyent əlavə etmək və ya su
rezervuarından qalıq suyu təmizləmək üçün qabın qapağını və su rezervuarının
qapağını açmazdan əvvəl onların soyumasından əmin olun.
Qaba maye qoyduqdan sonra heç vaxt qabı buxarda bişirmə rejiminə qoymayın.
3
Qabı mühərrikin üzərinə düz vəziyyətdə qoyun, yəni qapaq yuxarıda olsun.
Dəstəyin sağ tərəfdə olduğundan və kilidləmə sahəsinin iki tərəfinin arasında
yerləşdiyindən əmin olun.
- Azərbaycan 37 -

Hide quick links:

Advertisement

loading

This manual is also suitable for:

Avent scf870/20