Philips PerfectCare PSG7014/10 User Manual page 108

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 4
Azərbaycan
110
1 Ütünü şaquli vəziyyətdə saxlayın, buxar tətiyinə basın və ütünün altlığı ilə yavaşca paltara toxunun və
ütünü yuxarı-aşağı hərəkət etdirin (Şək. 13).
Təhlükəsiz saxlama
Paltarınızı düzəldərkən ütünün saxlanması
Paltarınızı düzəldərkən ütünü ya dəmir platformaya, ya da üfüqi şəkildə ütü masasının üzərinə qoya
bilərsiniz (Şək.6). OptimalTEMP texnologiyası altlığın ütü masasının örtüyünə zərər verməməsini təmin edir.
Enerjiyə qənaət
Avtomatik söndürmə
-
Enerjiyə qənaət etmək üçün cihaz 10 dəqiqə ərzində istifadə edilmədikdə avtomatik sönür. Yandırın/
söndürün düyməsinin üzərindəki avtomatik sönmə işığı yanıb-sönməyə başlayır.
-
Cihazı yenidən aktivləşdirmək üçün yandırın/söndürün düyməsinə basın. Sonra cihaz yenidən qızmağa
başlayır.
Xəbərdarlıq: Cihaz elektrik şəbəkəsinə qoşulduqda onu heç vaxt nəzarətsiz qoymayın. Həmişə
istifadədən sonra cihazı şəbəkədən ayırın.
Təmizlik və baxım
Cihazın ərpdən təmizlənməsi
EASY DE-CALC işığı yanıb-sönən kimi EASY DE-CALC funksiyasından istifadə etmək çox vacibdir (Şək. 14).
Təxminən bir ay istifadədən və ya 10 ütüləmə seansından sonra EASY DE-CALC işığı yanıb-sönür. Bu, cihazın
ərpini təmizləmək lazım olduğunu göstərir. Ütüləməyə davam etməzdən əvvəl aşağıdakı EASY DE-CALC
prosedurunu yerinə yetirin.
Qeyd: İstifadə etdiyiniz su sərtdirsə, ərpdən təmizləmə tezliyini artırın.
Xəbərdarlıq: Özünüzü yandırmamaq üçün cihazı şəbəkədən ayırın və EASY DE-CALC prosedurunu həyata
keçirməzdən əvvəl ən azı iki saat soyumasını gözləyin (Şək. 15).
1 Ştepseli divar rozetkasından çıxarın.
2 Çıxarıla bilən su çənini çıxarın (Şək. 2).
3 Ütünü ütü platformasından götürün.
4 Buxar generatorunun bazasını tutun və silkələyin (Şək. 16).
5 EASY DE-CALC dəstəyini çıxarın (Şək. 17).
6 Buxar generatorunun bazasını çanağın üzərində tutun və onu EASY DE-CALC dəliyi vasitəsilə boşaldın
(Şək. 18).
Qeyd: Cihazı əyərkən ağırlığını nəzərə alın.
7 EASY DE-CALC dəstəyini yerinə daxil edin və bərkitmək üçün saat əqrəbi istiqamətində çevirin (Şək. 19).
8 EASY DE-CALC prosedurunu bitirdikdən dərhal sonra ütüdən istifadə etməyə davam edə bilərsiniz.
Ütü altlığının ərpdən təmizlənməsi
Cihazınızı ərpdən müntəzəm şəkildə təmizləməsəniz, ərp hissəciklərinə görə altlığın qəhvəyi ləkələr
qoymasını görə bilərsiniz. Aşağıdakı prosedura əməl edərək altlığı ərpdən təmizləyin. Daha yaxşı nəticə əldə
etmək üçün proseduru iki dəfə yerinə yetirməyinizi məsləhət görürük.
1 Cihazın soyuq olmasından əmin olun və altlığı nəm parça ilə təmizləyin.
2 Su çənini və ütünü ütü platformasından götürün.
3 EASY DE-CALC dəstəyini çıxarın və EASY DE-CALC dəliyi vasitəsilə suyu boşaldın.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Perfectcare 7000 seriesPerfectcare psg7024/20

Table of Contents