Sizin Təhlükəsizliyiniz Üçün; Ümumi - Viking MB 443 Instruction Manual

Hide thumbs Also See for MB 443:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
12 Ön təkər
13 Arxa təkər
14 Qruntovka (MB 443, MB 443 T,
MB 448 TX)
15 Ot tutan səbət
16 Arxada tutacaq
17 Kəsim hündürlüyünün qurulması
tutacağı
18 Zavod lövhəciyi
19 Sükan konsolu (MB 448 PC,
MB 448 TC, MB 448 VC)
20 Tutacaq sükanı (MB 448 PC,
MB 448 TC, MB 448 VC)
4. Sizin təhlükəsizliyiniz
üçün
4.1 Ümumi
Cihazda iş zamanı qəza
hallarına dair göstərişlərə
mütləq əməl etmək lazımdır.
Birinci dəfə işə salmamışdan
əvvəl bütün təlimat kitabçası
diqqətlə oxunmalıdır. Təlimat
kitabçasını növbəti istifadələr
üçün qoruyub saxlayın.
Motor üçün ayrıca təmin olunmuş təlimat
kitabçasında xidmət və texniki baxış
göstərişlərinə diqqət yetirin.
Bu təhlükəsizlik tədbirləri sizin
təhlükəsizliyiniz üçün nəzərdə tutulub,
lakin tədbirlər bununla bitmir. Bu cihazı
ağıl və məsuliyyətlə istifadə edin və hər
zaman yadda saxlayın ki, digər şəxslərin
yaralnmasına və əmlaka dəyən ziyana
görə istifadəçi məsuliyyət daşıyır.
Cihazın idarəetmə paneli və istifadəsi ilə
tanış olun.
0478 111 9823 F - AZ
Bu cihaz yalnız istifadə təlimatı kitabçasını
oxumuş və cihazın istifadəsindən anlayışı
olan şəxslər tərəfindən istifadə oluna bilər.
İlkin istifadədən öncə istifadəçi peşəkar və
praktik təlimat ilə tanış olmalıdır. İstifadəçi
satıcı və ya digər bir ixtisaslı mütəxəssis
tərəfindən cihazın təhlükəsiz istifadəsinə
dair məlumatlandırılmalıdır.
Xüsusilə, bu təlimat istifadəçini cihazla
işləyərkən maksimum diqqətli və
konsentrə olmaq barəsində xəbərdar
etməlidir.
Əgər siz bu cihazı diqqətli şəkildə idarə
etsəniz belə, həmişə digər risk faktorları
mövcud olacaqdır.
Boğulma nəticəsində həyati
təhlükə!
Qablaşdırma materialı ilə
oynayarkən uşaqlar üçün boğulma
təhlükəsi mövcuddur. Qablaşdırma
materialını mütləq uşaqlardan
kənar tutun.
Bu cihaz o cümlədən onun hissələrini
yalnız bu model və onun istifadəsindən
anlayışı olan insanlara vermək olar.
Təlimat kitabçası bu cihazın bir hissəsidir
və həmişə birgə təqdim olunmalıdır.
Cihazdan ehtiyatla və fiziki və mənəvi
cəhətdən sağlam olduqda istifadə edin.
Sağlamlığınız normal şəraitdə olmadıqda,
cihazdan istifadə ilə bağlı həkiminizlə
məsləhətləşin. Spirtli içki, dərman
vasitələri və ya reaksiyaya təsir göstərən
dərman qəbulundan sonra cihazdan
işləmək olmaz.
Fiziki, ruhi və əqli məhdudiyyətlərə malik
və ya kifayət qədər təcrübəyə və ya biliyə
malik olmayan və istifadəsini bacarmayan
şəxslər cihazı istifadə edə bilməzlər.
Uşaqlar və 16 yaşından kiçik gənclərə
cihazdan istifadəyə icazə verməyin. Yerli
qaydalar istifadəçinin minimal yaşını
müəyyən edə bilərlər.
Cihaz yalnız şəxsi istifadə üçün nəzərdə
tutulub.
Diqqət – Qəza təhlükəsi!
Otbiçən ancaq otu biçmək üçün nəzərdə
tutulub. Digər şəkildə istifadəyə icazə
verilmir və bu təhlükəli ola bilər və ya
cihazın xarab olmasına gətirib çıxara bilər.
İsitfadəçinin bədən hissələrinin
zədələnməsi təhlükəsinə görə ot biçən
aşağıdakı işlər üçün istifadə oluna bilməz
(siyahı tam deyil):
– kolların burulması, doğranması və
biçilməsi üçün,
– kənar hissələrin kəsilməsi üçün,
– damlarda və eyvanlarda kolların
biçilməsi üçün,
– ağac və çöplərin kəsilməsi və
doğranması üçün,
– gediş yollarının təmizlənməsi üçün
(sovurma və üfürmə),
– torpaq hissəsinin hamarlanması üçün
məs. təpəciklərin.
– kəsim hissələrinin ona aid olmayan
yeşiklərdə daşınması üçün.
Təhlükəsizlik səbəbindən VIKING
tərəfindən qurulmuş hissələrin ixtisaslı
şəkildə ayrılması ilə edilmiş dəyişiklik
qadağandır, zəmanət tələbinin ləğvinə
gətirib çıxarır. İcazə verilən ehtiyat hissləri
haqqında məlumatı VIKING
distribyutorlarından əldə edə bilərsiniz.
Cihazda hər cürə manipulyasiya
qadağandır, bu, motorun və elektrik
motorunun gücünün və fırlanma sayının
azalmasına gətirib çıxara bilər.
315

Hide quick links:

Advertisement

Table of Contents
loading

Table of Contents