Download Print this page

Philips AVENT SCF883 Manual page 40

Hide thumbs Also See for AVENT SCF883:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
- Cihazın bir dəfədə 30 saniyədən çox qarışdırmasına
icazə verməyin. 30 saniyədən sonra qarışdırmanı
tamamlamamısınızsa, qarışdırmanı dayandırmaq üçün
düyməni buraxın və davam etməzdən əvvəl bir neçə saniyə
gözləyin. Əsas qurğu qızarsa, davam etməmişdən əvvəl cihazın
bir neçə dəqiqə soyumasına imkan verin.
- Cihazın zədələnməməsi üçün heç vaxt buxarda bişirmə üçün
qaba su və ya başqa maye qoymayın.
- Yeməyi mikrodalğalı sobada qızdırmaq üçün saxlama
qabından istifadə etməmişdən əvvəl həmişə qapağını çıxarın.
Diqqət
- Heç vaxt digər istehsalçılara aid və ya Philips-in xüsusilə tövsiyə
etmədiyi aksesuar, yaxud hissələrdən istifadə etməyin. Bu cür
aksesuarlardan və ya hissələrdən istifadə etsəniz, zəmanətiniz
etibarsız olacaq.
- Cihazı işləyən və ya hələ də isti olan sobanın və ya plitənin
yanına və ya yaxınlığına qoymayın.
- Köməkçi hissələri yerləşdirməzdən, çıxarmazdan,
dəyişdirməzdən və ya hərəkətdə olan hissələri təmizləməzdən
və ya onlara əlinizi yaxınlaşdırmazdan əvvəl cihazı söndürün və
elektrik cərəyanından ayırın.
- Təmizləməzdən əvvəl cihazı həmişə cərəyandan ayırın və
soyumasını gözləyin.
- Buxarda bişirmə, yenidən qızdırılma və yeməyin buzunun
açılmasından sonra idarəetmə düyməsini həmişə söndürmə
mövqeyinə (OFF) çevirin.
- Qabı və ya cihazın hər hansı başqa hissəsini (saxlama qabları
istisna olmaqla) mikrodalğalı sobada istifadə etməyin, çünki
qabın tutacağı və ülgüc bölməsinin metal hissələri bunun üçün
yararlı deyil.
- Qabı və ya cihazın hər hansı başqa hissəsini (saxlama qabları
istisna olmaqla) sterilizator və ya mikrodalğalı sobada sterilizə
etməyin, çünki qabın tutacağı və ülgüc bölməsinin metal
hissələri bunun üçün yararlı deyil.
- Azərbaycan 38 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scf885