Download Print this page

Philips AVENT SCD831 Manual page 59

Hide thumbs Also See for AVENT SCD831:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
SƏS-KÜY/SƏS
Niyə səs eşitmirəm?
Körpəm ağlayanda niyə
eşidə bilmirəm? Niyə
səsin hamısı yox, bir qismi
ötürülür?
Niyə valideyn aparatı
körpəmin çıxardığı səslərə
nisbətən digər səslərə
daha tez reaksiya verir?
Niyə valideyn aparatından
uğultu səsi gəlir?
Körpə aparatı layla
mahnısını nə qədər vaxt
səsləndirəcək?
Laylanın səs səviyyəsini
necə artıra bilərəm?
Ola bilsin ki, valideyn aparatının səs səviyyəsi çox aşağı olaraq təyin edilib
və ya söndürülüb. Səs səviyyəsini artırmaq üçün nəzarət düyməsinin
yuxarı tərəfinə basın.
Böyük ehtimalla, valideyn aparatı səssiz edilib, nəzarət düyməsinin
yuxarı tərəfinə basmaqla cihazı səssiz rejimdən çıxarın və səs səviyyəsini
tənzimləyin.
Həssaslıq çox aşağı olaraq təyin edilib, valideyn aparatının menyusunda
həssaslığı daha yüksək səviyyəyə tənzimləyin.
Ola bilsin ki, körpə aparatı körpənizdən çox uzaqdadır. Optimal
səs aşkarlaması üçün körpə aparatının körpənizdən maksimum
1,5 metr/5 fut məsafədə olduğundan əmin olun. 1 metr/3,5 futdan az
məsafə boğulma təhlükəsini artırır.
Körpə aparatı da körpənizin səslərindən başqa digər səsləri aşkarlayır.
Körpə aparatını körpəyə yaxınlaşdırın (lakin minimum məsafə
1 metr/3,5 fut olmalıdır).
Ola bilsin ki, həssaslıq səviyyəsi çox yüksək olaraq təyin edilib.
Körpəniz aşağı səslər çıxardıqda həssaslıq daha yüksək olmalıdır. Buna
baxmayaraq, körpəniz nə qədər yüksək səs çıxarsa, o qədər aşağı
həssaslıq səviyyəsi təyin edilə bilər. Körpə monitorunun həssaslığını
valideyn aparatının menyusunda dəyişdirə bilərsiniz.
Valideyn aparatı körpə aparatının diapazonundan kənarda olduqda
kəsinti yarana bilər. Həmçinin valideyn aparatı ilə körpə aparatı arasında
çoxlu divar və ya tavanlar varsa, yaxud 2,4 GHs tezlikdə işləyən başqa
cihazlar (məsələn, mikrodalğalı soba, Wi-Fi ruteri) yanılıdırsa, kəsinti
yarana bilər.
Valideyn aparatını körpə aparatına yaxın başqa yerə qoyun və ya digər
simsiz cihazları söndürün.
Bu cavab sizə kömək etmirsə, "Niyə valideyn aparatından və/və ya körpə
aparatından yüksək səs-küy gəlir?" bölməsində digər tez-tez verilən
suallara nəzər salın.
Siz layla seçdikdən sonra o, təxminən 15 dəqiqə ərzində davamlı olaraq
təkrarlanacaq. Əlçatan olan bütün mahnıları səsləndirmək istədiyiniz
halda, layla siyahısında son seçimi edin.
Laylanın səs səviyyəsini körpə aparatında deyil, valideyn aparatında
tənzimləyə bilərsiniz. Layla menyusunu açmaq və səs səviyyəsini
tənzimləmək üçün valideyn aparatında layla düyməsinə basın.
- Azərbaycan 57 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd833Avent scd835Avent scd835/52