Stihl EVC 200 C Instruction Manual page 186

Table of Contents

Advertisement

Azərbaycan dili
5
Motoru işlətməyə hazır
etmək
5.1
Motoru yanacaqla doldurmaq
Daxili yandırma motoru qurğuşunsuz benzinlə
işləyir. Qurğuşunsuz benzin az qalıqlarla yanır,
alışdırma şamında çöküntüləri azaldır və qaz
avadanlığının istifadə müddətini uzadır. Benzin
aşağıdakı tələbləri yerinə yetirməlidir:
– Benzin təzə, təmiz və qurğuşunsuzdur.
– Benzinin oktan sayı əz azı 85-dir.
– Benzindəki etan miqdarı maksimum 10 %-dir
(E10).
STIHL STIHL MotoPlusu tövsiyə edir. Bu
yanacaq benzol, kükürd və sağlamlığa ziyan
vuran ətirlərdən demək olar ki, azaddır.
Tankın tutumu 0,9 litrdir.
Diqqət
■ Əgər motor düzgün benzinlə doldurulmazsa,
motor zədələnə bilər.
STIHL hər zaman təzə markalı benzindən
istifadə etməyi məsləhət görür. Heç vaxt iki taktlı
qarışıqdan (yağ tərkibli benzin) istifadə etməyin.
Çəni köhnəlmiş və ya təmizlənməmiş benzinlə
doldurmayın.
Çənin daxilinin kir və su ilə çirklənməsinin
qarşısını alın.
Yalnız icazə verilmiş benzindən istifadə edin
(E85 yox).
Tıqqıltı və ya cingilti səsi gələrsə, benzin
markasını dəyişin.
► Lazım olarsa, distribyutorlara müraciət edin.
STIHL STIHL distribyutorlarını məsləhət
görür.
► Motoru söndürün.
► STIHL cihazını hamar səthin üzərinə qoyun.
► Yanacaq çəni qapağının ətrafını nəm dəsmalla
təmizləyin.
► Yanacaq çəninin qapağını (1) saat yönünün
tərsinə yanacaq çəninin qapağı çıxana qədər
fırladın.
► Yanacaq çəni qapağını çıxarın.
► Yanacaq süzgəcinin yerini yoxlayın.
186
5 Motoru işlətməyə hazır etmək
► Benzini uyğun bir qıfla elə doldurun ki benzin
yerə tökülməsin. Benzini el doldurun ki
benzinlə yanacaq çəninin ağzının kənarı
arasında ən azı 15 mm fasilə olsun.
► Yanacaq çəni qapağını yanacaq çəninin
üzərinə qoyun.
► Yanacaq çəni qapağını saat yönündə fırladın
və əl ilə bərkidin.
Yanacaq çəni bağlanmışdır.
5.2
Motor yağını doldurmaq
Motor yağı, motoru yağlayır və soyudur.
Diqqət
■ Motor, motor yağı olmadan müştəriyə
çatdırılır.
İcazə verilən yağ səviyyəsindən az və ya çox
doldurma, motorda zədələrə gətirib çıxara bilər.
► Birinci dəfə işə başlamamışdan əvvəl motor
yağını doldurun.
► STIHL cihazını hamar səthin üzərinə qoyun.
► Motoru söndürün.
► Yağ ölçmə çubuğunu (1) fırladıb çıxarın.
► Lazım gələrsə motor yağını uyğun bir qıfla
maksimal yağ doldurma dərəcəsinə (2) çatana
qədər doldurun.
Yağ tutumu 0,5 litrdir.
► Yağ ölçmə çubuğunu (1) fırladıb bağlayın.
► Hər dəfə işə başlamamışdan əvvəl motor yağı
səviyyəsini yoxlayın.
yağı əlavə edin.
Motor standart 4-taktlı motor yağları üçün
nəzərdə tutulmuşdur.
► SF, SG, SH, SJ və daha yüksək sinif motor
yağlarından istifadə edin.
► STIHL aşağıdakı motor yağlarının istifadəsini
məsləhət görür:
– SAE 30
– SAE 10W-30
7.2. Lazımsa motor
0478-983-9945-A

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Evc 200

Table of Contents