Uyğunluq; Aksesuar Və Ehtiyat Hissələrinin Sifariş Edilməsi; Təkrar Emal; Batareyanın Çıxarılması Ilə Bağlı Təlimatlar - Philips AVENT Premium Plus SCF392 Instructions Manual

Single/double electric breast pump
Hide thumbs Also See for AVENT Premium Plus SCF392:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
48
Uyğunluq
Philips Avent tək/cüt başlıqlı elektrikli döş pompası Premium Plus Philips Avent Natural diapazonundakı
bütün uşaq butulkaları və adapterli Philips Avent Storage fincanları ilə uyğundur. Biz, Philips Natural Glass
butulkalarını döş pompası ilə istifadə etməyi məsləhət görmürük.
Aksesuar və ehtiyat hissələrinin sifariş edilməsi
Aksessuar və ya ehtiyat hissələr almaq üçün www.philips.com/support internet səhifəsinə baxın və ya öz
Philips dilerinizə baş çəkin. Siz həm də ölkənizdəki Philips Müştəri Xidmətləri Mərkəzi ilə əlaqə saxlaya
bilərsiniz.
Ehtiyat əmziklər sifariş etdiyiniz zaman öz körpəniz (bax "Körpəniz üçün düzgün əmziyin seçilməsi") üçün
düzgün axım sürətini seçdiyinizdən əmin olun və Philips Avent Anti-colic butulka hissələrini və əmziklərini
Philips Avent Natural butulkalarının hissələri ilə qarışdırmayın. Onlar tam oturmur və sızıntı və ya digər
problemlərə səbəb ola bilər.
Təkrar emal
-
Bu simvol hazırkı məhsulun normal məişət tullantıları ilə atılmamalı olduğunu göstərir (2012/19/EU).
-
Bu simvol hazırkı məhsulun normal məişət tullantıları ilə atılmamalı olan daxili doldurula bilən batareyaya
malik olduğunu göstərir (2006/66/EC). Doldurula bilən batareyanın peşəkar şəkildə çıxarılması üçün öz
məhsulunuzu rəsmi toplanma məntəqəsinə və ya Philips xidmət mərkəzinə aparın.
-
Elektrikli və elektron məhsulların və doldurulabilən batareyaların ayrıca toplanması üçün öz ölkənizin
qaydalarına əməl edin. Düzgün atılma ətraf mühit və insan sağlamlığına mənfi təsirlərin qarşısını almağa
kömək edir.
Batareyanın çıxarılması ilə bağlı təlimatlar
-
Batareyalarla işləyərkən əllərinizin, məhsulun və batareyaların quru olduğundan əmin olun.
-
Batareyaların isinməsinin və ya zəhərli yaxud təhlükəli maddələr buraxmasının qarşısını almaq üçün
məhsullar və batareyalara heç bir dəyişiklik etməyin, deşməyin və ya zərər vurmayın və batareyaları
sökməyin, qısaqapanma yaranmasına şərait yaratmayın, həddən artıq şarjda saxlamayın və ya başqa
cihaz vasitəsilə şarj etməyin.
-
Batareyaların çıxarıldıqdan sonra ani qısaqapanmanın qarşısını almaq üçün batareya terminallarının
metal əşyalarla (məsələn, sikkələr, saç tokaları, üzüklər) təmas etməsinə yol verməyin. Batareyaları
alüminium folqa ilə bükməyin. Batareya terminallarını atmazdan əvvəl onları bantlayın və plastik
torbalara qoyun.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent premium plus scf394

Table of Contents