Philips AVENT Premium Plus SCF392 Instructions Manual page 47

Single/double electric breast pump
Hide thumbs Also See for AVENT Premium Plus SCF392:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
5. Qapağı çıxarmaq üçün
əlinizi qapağın, baş
barmağınızı isə
qapaqdakı oyuğun
üstünə qoyun.
Ana südünün isidilməsi
Əgər donmuş ana südündən istifadə edirsinizsə, onu isitməzdən əvvəl buzunun tam açılmasına icazə verin.
Qeyd: Əgər körpənizi tez bir müddətdə yedizdirməlisinizsə, südü isti su kasasında əridə bilərsiniz.
Əridilmiş və ya soyudulmuş ana südü olan butulkanı isti su kasasında və ya ilıq butulkada qızdırın. Fırlanma
halqasını və qoruyucu başlığı butulkadan çıxarın.
Xəbərdarlıq: Ana südünü isitmək üçün mikrodalğalı sobadan istifadə etmək tövsiyə
edilmir. Mikrodalğalı soba ana südünün keyfiyyətini dəyişə, bəzi dəyərli qidalandırıcıları
məhv edə və beləliklə lokallaşdırılmış yüksək temperatur göstəriciləri yarada bilər. Ana
südünü mikrodalğalı sobada isitsəniz, konteyneri mikrodalğaya yalnız fırlanma halqası,
əmzik və qapaqsız qoyun. Bərabər istilik yayılmasını təmin etmək üçün isidilmiş ana
südünü həmişə qarışdırın və yedizdirməzdən əvvəl temperaturu yoxlayın.
Körpəniz üçün düzgün əmziyin seçilməsi
Philips Avent Natural əmzikləri axım sürətini göstərmək üçün kənar hissədə aydın şəkildə nömrələnmişdir.
Daha çox məlumat üçün www.philips.com/avent internet səhifəsinə baxın.
Butulkaların saxlanılması
-
Bütün hissələri quru, təmiz və bağlı konteynerdə saxlayın.
-
Qidalanma əmziyini birbaşa günəş işığı və ya istidə qoymayın yaxud tövsiyə edildiyindən daha artıq
dezinfeskiyaedici maddədə saxlamayın, çünki bu, məhsulun zədələnməsinə səbəb ola bilər.
-
Gigiyenik səbəblərə görə biz hər 3 aydan bir əmzikləri dəyişdirməyi tövsiyə edirik.
Philips Avent Natural əmzikləri müxtəlif axım sürətlərinə malik olur. Döş pompası
1 nömrəli əmziklə gəlir. Bu, yeni doğulmuş və bütün yaşlarda olan ana südü ilə
qidalanan uşaqlar üçün ideal 0m+ əmzikdir.
Əgər yemək tez-tez körpənizin boğazında qalırsa, yedizdirmə zamanı süd onun
ağzından axırsa və ya içmə sürətinə uyğunlaşmaqda problemlə üzləşirsə, aşağı
axım sürətindən istifadə edin. Əgər körpəniz yedizdirmə zamanı yuxuya gedirsə,
yorulursa və ya yedizdirmə prosesi çox uzun vaxt aparırsa, yüksək axım sürətindən
istifadə edin.
Azərbaycanca
47

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent premium plus scf394

Table of Contents