Philips AVENT Premium Plus SCF392 Instructions Manual page 34

Single/double electric breast pump
Hide thumbs Also See for AVENT Premium Plus SCF392:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
34
-
İstifadə zamanı diqqət dağınıqlığının qarşısını almaq üçün yuxulu və ya yorğun halda olarkən döş
pompasından istifadə etməyin.
-
Vakuumu boşaltmaq üçün döş pompasını döşünüzdən çıxarmazdan əvvəl həmişə onu söndürün.
-
Əgər vakuum sizə narahatlıq verirsə və ya ağrıya səbəb olursa, onda onu söndürün və döşünüzdən
çıxarın.
-
Əgər süd sağmağa nail ola bilmirsinizsə, döş pompasından beş dəqiqədən artıq istifadə etməyin. Günün
başqa bir vaxtında süd sağmağa çalışın.
-
Əgər proses çox narahatlığa səbəb olursa və ağrı verirsə, onda pompadan istifadə etməyi dayandırın və
öz səhiyyə mütəxəssisiniz ilə əlaqə saxlayın.
Döş pompasına zədə dəyməsinin və ya xətalı işləmənin qarşısını almaq üçün xəbərdarlıqlar:
-
Portativ radio tezliyi (RF) rabitəsi avadanlıqları (mobil telefonlar, antena kabelləri və xarici antenalar kimi
periferiya qurğuları), adapter də daxil olmaqla döş pompasının hər hansı hissəsinə 30 cm məsafədən
daha yaxında istifadə edilməməlidir. Bu, döş pompasının fəaliyyət göstəricisinə mənfi təsir edə bilər.
-
Bu avadanlığın hər hansı başqa bir avadanlığa bitişik və ya üstündə istifadə edilməsindən yayınmaq
lazımdır, çünki bu qeyri-düzgün istifadə halına səbəb ola bilər.
Bu cihazın düzgün işləməsinə mane olan artmış elektromaqnit emissiyaları və ya azalmış
elektromaqnit toxunulmazlığından yayınmaq üçün xəbərdarlıqlar:
-
Cihazla birlikdə təchiz edilmiş adapter və ya doldurma kabelindən başqa digər adapter və ya kabeldən
istifadə etməyin.
Batareya təhlükəsizliyinə dair təlimatlar
-
Məhsulu yalnız təyinatı üzrə istifadə edin. Məhsulu və onun batareya, aksesuarlarını istifadə etməzdən
əvvəl bu vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə istinad etmək üçün saxlayın. Yanlış istifadə
təhlükələrə və ya ciddi xəsarətlərə səbəb ola bilər. Verilən aksesuarlar müxtəlif məhsullar üçün fərqli ola
bilər.
-
Batereyanı şarj etmək üçün yalnız məhsulla birlikdə təchiz edilmiş ayrıla bilən batareyadan
(S009AHz050yyyy) istifadə edin. Uzatma naqilindən istifadə etməyin.
-
Məhsulu bu istifadəçi kitabçasındakı texniki xüsusiyyətlər cədvəlində göstərilmiş temperatur
diapazonlarında şarj edin, istifadə edin və saxlayın.
-
Məhsulu və batareyaları oddan uzaq saxlayın və onları birbaşa günəş işığı və ya yüksək temperatura
məruz qoymayın.
-
Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə, rəngini dəyişər və ya şarj normaldan daha uzun müddət
davam edərsə, məhsulu istifadə etməyi, həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə saxlayın.
-
Məhsulları və onların batareyalarını mikrodalğalı soba və ya induksiyalı ocaqlara qoymayın.
-
Batareyaların qızmaması və ya zəhərli, təhlükəli maddələr buraxmaması üçün məhsulu və ya batareyanı
açmayın, dəyişdirməyin, deşməyin, zədələməyin və ya sökməyin. Batareyanın qısa qapanmasına,
həddindən artıq və ya əks şarj edilməsinə yol verməyin.
-
Batareyalar zədələnərsə və ya sızdırarsa, onların dəri və ya gözlə təmasından çəkinin. Bu baş verərsə,
dərhal su ilə yaxşıca yuyun və həkimə müraciət edin.
Diqqət
Döş pompasına zədə dəyməsinin və nasazlığın qarşısını almaq üçün xəbərdarlıqlar:
-
Adapter və mühərrik bölməsinin su ilə təmasa girməsinin qarşısını alın.
-
Mühərrik bölməsi və ya adapteri su və ya qabyuyan maşının içərisinə qoymayın, çünki bu, cihazın
hissələrinə daimi zədə dəyməsinə səbəb olur.
-
Həddən artıq qızmanın və bu hissələrin deformasiyasının qarşısını almaq üçün adapter və silikon
borularını isti səthlərdən uzaq saxlayın.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent premium plus scf394

Table of Contents