Philips AVENT Plus SCF391 User Manual page 31

Single/double electric breast pump
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
-
Zədəyə səbəb ola biləcəyini nəzərə alaraq, döş pompasını təmizləmək üçün antibakterial və ya aşındırıcı
təmizləyici vasitələrdən istifadə etməyin.
-
Çirklənmənin qarşısını almaq üçün döş pompasının hissələrinə və döşlərinizə toxunmazdan əvvəl
əllərinizi sabun və su ilə yaxşıca yuyun. Konteynerlərin və ya qapaqların iç səthinə toxunmayın.
Ağrı ehtiva edən döş və döş giləsi problemlərindən yayınmaq üçün xəbərdarlıqlar:
-
Silikon diafraqma zədələnmiş və ya sınmış kimi görünərsə döş pompasından istifadə etməyin. Əvəzedici
hissələri əldə edilməsi haqqında məlumat əldə etmək üçün "Aksesuarların və ehtiyat hissələrin sifarişi"
bölməsinə nəzər salın.
-
Yalnız Philips Avent firması tərəfindən tövsiyə edilən aksessuar və hissələrdən istifadə edin.
-
Döş pompasının mühərrik bölməsinin içində istifadəçiyə xidmət edə biləcək heç bir hissə yoxdur.
-
Döş pompasına dəyişiklik etməyə icazə verilmir. Əgər hər hansı dəyişiklik etsəniz, zəmanət yararsız
vəziyyətə düşür.
-
İstifadə zamanı diqqət dağınıqlığının qarşısını almaq üçün yuxulu və ya yorğun halda olarkən döş
pompasından istifadə etməyin.
-
Vakuumu boşaltmaq üçün döş pompasını döşünüzdən çıxarmazdan əvvəl həmişə onu söndürün.
-
Əgər vakuum sizə narahatlıq verirsə və ya ağrıya səbəb olursa, onda onu söndürün və döşünüzdən
çıxarın.
-
Əgər süd sağmağa nail ola bilmirsinizsə, döş pompasından beş dəqiqədən artıq istifadə etməyin. Günün
başqa bir vaxtında süd sağmağa çalışın.
-
Əgər proses çox narahatlığa səbəb olursa və ağrı verirsə, onda pompadan istifadə etməyi dayandırın və
öz səhiyyə mütəxəssisiniz ilə əlaqə saxlayın.
Döş pompasına zədə dəyməsinin və ya xətalı işləmənin qarşısını almaq üçün xəbərdarlıqlar:
-
Portativ radio tezliyi (RF) rabitəsi avadanlıqları (mobil telefonlar, antena kabelləri və xarici antenalar kimi
periferiya qurğuları), adapter də daxil olmaqla döş pompasının hər hansı hissəsinə 30 cm məsafədən
daha yaxında istifadə edilməməlidir. Bu, döş pompasının fəaliyyət göstəricisinə mənfi təsir edə bilər.
-
Bu avadanlığın hər hansı başqa bir avadanlığa bitişik və ya üstündə istifadə edilməsindən yayınmaq
lazımdır, çünki bu qeyri-düzgün istifadə halına səbəb ola bilər.
Bu cihazın düzgün işləməsinə mane olan artmış elektromaqnit emissiyaları və ya azalmış
elektromaqnit toxunulmazlığından yayınmaq üçün xəbərdarlıqlar:
-
Cihazla birlikdə təchiz edilmiş adapter və ya doldurma kabelindən başqa digər adapter və ya kabeldən
istifadə etməyin.
Diqqət
Döş pompasına zədə dəyməsinin və nasazlığın qarşısını almaq üçün xəbərdarlıqlar:
-
Adapter və mühərrik bölməsinin su ilə təmasa girməsinin qarşısını alın.
-
Mühərrik bölməsi və ya adapteri su və ya qabyuyan maşının içərisinə qoymayın, çünki bu, cihazın
hissələrinə daimi zədə dəyməsinə səbəb olur.
-
Həddən artıq qızmanın və bu hissələrin deformasiyasının qarşısını almaq üçün adapter və silikon
borularını isti səthlərdən uzaq saxlayın.
Azərbaycanca
31

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent plus scf393

Table of Contents