Təhlükəsizliklə Bağlı Vacib Məlumat - Philips AVENT Plus SCF391 User Manual

Single/double electric breast pump
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
30
 
Təhlükəsizliklə bağlı vacib məlumat
Döş pompasından istifadə etməzdən əvvəl bu istifadəçi kitabçasını diqqətlə oxuyun və gələcəkdə istinad
etmək üçün saxlayın.
Bu istifadəçi kitabçasını Philips Avent veb-səhifəsində də tapa bilərsiniz: www.philips.com/avent.
Bu məhsulu südverən qadın özü istifadə edir.
Bu döş pompasından gündəlik mühitdə istifadə edə bilərsiniz.
Əks təsirləri
- Hamilə olarkən heç vaxt döş pompasından istifadə etməyin, çünki pompa sizin
vaxtından əvvəl doğuş etməyinizə səbəb ola bilər.
Xəbərdarlıq
Boğazda ilişmə, boğulma və xəsarətlə bağlı xəbərdarlıqlar:
- Uşaqlar və ya ev heyvanlarının cihazın mühərrik bölməsi, adapteri, paketləmə
materialları və ya aksessuarları ilə oynamasına icazə verməyin.
- Həmişə istifadədən sonra döş pompasını şəbəkədən ayırın. İstifadə etmədiyiniz
zaman döş pompasını müvafiq şəkildə saxlayın.
-
Bu döş pompası fiziki, duyğu və əqli qabiliyyətləri zəif olan və ya bu cihazdan istifadə ilə bağlı təcrübə və
biliyi olmayan insanlar (eləcə də uşaqlar) tərəfindən istifadə edilməməlidir. Bu insanlar bu döş
pompasından yalnız cihazdan istifadə ilə bağlı düzgün təlimat aldıqdan və ya onların təhlükəsizliyi üçün
cavabdeh olan insandan təlimat aldıqdan sonra, yaxud həmin şəxsin nəzarəti ilə istifadə edə bilərlər.
Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün xəbərdarlıq:
-
Əgər Hepatit B, Hepatit və ya İnsanın İmmunçatışmazlığı Virusu (HİV) ilə yoluxmuş bir anasınızsa, süd
sağmaq virusun ana südü vasitəsilə körpənizə ötürülməsi riskini azaltmayacaq və ya aradan
qaldırmayacaq.
Elektrik şokundan yayınmaq üçün xəbərdarlıqlar:
-
Hər istifadədən əvvəl zədə göstəricilərini görmək üçün adapter də daxil olmaqla döş pompasını yoxlayın.
Adapter və ya ştepsel zədələnibsə, düzgün şəkildə işləmirsə və ya suya düşübsə yaxud da su altında
qalıbsa döş pompasından istifadə etməyin.
-
Yalnız bu döş pompası ilə birlikdə təchiz edilən adapterdən (S009AHz050yyyy) istifadə edin.
-
Xəta baş verməsi ehtimalını nəzərə alaraq həmişə cihazı elektrik şəbəkəsindən ayırmağın asan olmasını
təmin edin. Adapter ayırma cihazı hesab edilir.
Çirklənmədən yayınmaq və gigiyenanı təmin etmək üçün xəbərdarlıqlar:
-
Gigiyenik səbəblərə görə döş pompası yalnız bir istifadəçi tərəfindən təkrar şəkildə istifadə üçün nəzərdə
tutulub.
-
İlk dəfə istifadə etməzdən və hər dəfə istifadə etdikdən sonra bütün hissələri təmizləyin və dezinfeksiya
edin.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent plus scf393

Table of Contents