Philips Azur Elite GC5030 Series User Manual page 96

Hide thumbs Also See for Azur Elite GC5030 Series:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 4
İpucu: Hətta xatırladıcının işığı hələ aktivləşdirilməsə belə, Cəld Ərp Həlletmə funksiyasından istənilən vaxt
istifadə edə bilərsiniz. Yaşadığınız ərazidə su sərtdirsə, funksiyadan daha tez-tez istifadə edin.
Ütü isti olduqda Cəld Ərp Həlletmə funksiyasından istifadə etməyin. Cəld Ərp Həlletmə bölməsinə su
tökməyin.
1 Cihazı cərəyan şəbəkəsindən ayırın (Şək. 2-2) və cihazın soyuq olduğundan əmin olun (Şək. 2-3).
2 Cihazı çanağın üzərində şaquli vəziyyətdə tutun.
3 Cəld Ərp Həlletmə toplayıcısının qolunu yuxarı doğru çevirin (Şək.2-4) və toplayıcını dartıb çıxarın (Şək.2-5).
4 Cəld Ərp Həlletmə toplayıcısını su ilə təmizləyin (Şək. 2-6, Şək. 2-7).
5 Ərp hissəciklərinin düşməsi üçün cihazı ehmalca silkələyin (Şək. 2-8).
6 Cəld Ərp Həlletmə toplayıcısını yenidən cihaza yerləşdirin (Şək. 2-10).
7 Toplayıcını kilidləmək üçün qolu aşağı doğru çevirin ("klik" səsi eşidilir) (Şək. 2-11).
Calc-Clean (yalnız xüsusi növlər üçün)
VACİB: 1-3 aylıq istifadədən sonra Calc-Clean funksiyasından istifadə etməyinizi xatırlatmaq üçün Calc-
Clean xatırladıcısının işığı yanıb-sönməyə başlayır (Şək. 3-1). Bu, ütünüzün ömrünü uzatmaq məqsədilə ərpi
təmizləmək üçündür.
İpucu: Hətta xatırladıcının işığı hələ aktivləşdirilməsə belə, Calc-Clean funksiyasından istənilən vaxt istifadə
edə bilərsiniz. Yaşadığınız ərazidə su sərtdirsə, funksiyadan daha tez-tez istifadə edin.
1 Buxar slayderinin "buxar sönülüdür" vəziyyətinə təyin edildiyindən əmin olun.
2 Su çənində kifayət qədər (3/4 hissəsindən çox) su olduğundan əmin olun. Kifayət qədər su yoxdursa,
ütünü cərəyan şəbəkəsindən ayırıb, MAX göstəricisinə qədər su doldurun (Şək.3-2) və ütünü yenidən
şəbəkəyə qoşun (Şək.3-3).
Su çəninə sirkə və ya başqa təmizləyici vasitələr tökməyin.
3 Ütünün isinməsini gözləyin. Bu, təxminən 2 dəqiqə çəkir (Şək.3-3).
Qeyd: İsinmə zamanı Calc-Clean xatırladıcısının işığı sönür.
4 "Ütü hazırdır" işığının yanıb-sönməsi dayandıqda ütünü cərəyan şəbəkəsindən ayırın (Şək. 3-4).
5 Ütünü çanağın üzərində tutun. Su çənindəki suyun hamısı istifadə edilənə qədər Calc-Clean düyməsinə
basmağa və cihazı ehmalca irəli-geri hərəkət etdirməyə davam edin (Şək. 3-5).
Ərp çıxarılarkən ütü altlığından buxar və qaynar su da çıxır.
Qeyd: Ütüdən boşaldılan suda hələ də ərp hissəcikləri varsa, 2-5-ci addımları təkrarlayın.
6 Cihazı cərəyan şəbəkəsinə qoşun və ütü altlığının quruması üçün cihazın isinməsinə imkan verin. Bu,
təxminən 2 dəqiqə çəkir (Şək.3-6).
7 Cihazı cərəyan şəbəkəsindən ayırın. Ütü altlığındakı su ləkələrini çıxarmaq üçün cihazı bir parçanın
üzərində ehmalca hərəkət etdirin (Şək. 3-7).
Problemi
Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Aşağıdakı məlumatlarla problemi
həll edə bilməsəniz, tez-tez verilən sualların siyahısı üçün www.philips.com/support səhifəsinə daxil olun
və ya ölkənizdəki İstehlakçılara Yardım Mərkəzi ilə əlaqə saxlayın.
Problem
Ütüdən buxar gəlmir.
Mümkün səbəb
Su çənində kifayət qədər su yoxdur.
Buxar parametri "buxar sönülüdür"
olaraq təyin edilib
Ütü hazır deyil.
Həll
Su çənini doldurun.
Buxar parametrini seçmək üçün ütünü yuxarı qaldırın
və tutacağın üst tərəfindəki buxar düyməsinə basın.
Ütü hazır olana qədər gözləyin (displey paneldəki
işığın yanıb-sönməsi dayanır).
Azərbaycan
99

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Azur elite gc5034/20

Table of Contents