Download Print this page

Philips AVENT SCD841 Manual page 68

Hide thumbs Also See for AVENT SCD841:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
İSTİFADƏ QAYDASI/APARATLARI QOŞMAQ
Niyə valideyn aparatının
doldurma vaxtı 3 saatı
keçir?
Niyə körpə aparatını və
onun kabelini körpəmdən
ən azı 1 metr/3,5 fut
məsafədə saxlamalıyam?
Valideyn aparatındakı
müxtəlif istifadəçi
rejimləri arasındakı fərq
(Video, Audio, VOX və
ECO) nədən ibarətdir?
Valideyn aparatı doldurma zamanı yandırıla bilər. Doldurma vaxtını
azaltmaq üçün doldurma zamanı valideyn aparatını söndürün. Valideyn
aparatının displeyi davamlı olaraq yandıqda valideyn aparatının
doldurma vaxtı daha çox çəkə bilər.
Ola bilsin ki, temperatur təhlükəsizlik mühafizə mexanizmi kimi
doldurma dövrəsini potensial olaraq kəsə biləcək yükləmə dozasını keçib.
Doldurmaya davam etmək üçün doldurma nöqtəsini radiatorlar, istilik
registrləri, soba və ya istilik yaradan digər cihazlar (gücləndiricilər daxil
olmaqla) kimi hər hansı istilik mənbəyindən uzaqlaşdırın.
Kabel ilə boğulmanın qarşısını almaq və optimal səs aşkarlaması üçün
hər zaman körpə aparatının və onun kabelinin körpənizdən ən azı
1 metr/3,5 fut məsafədə olduğundan əmin olun.
Körpə aparatınızda mövcud olan rejimlərin izahı üçün aşağıdakı siyahıya
baxın.
* Video rejimi: valideyn aparatının ekranı və səsi həmişə yanılıdır.
* Audio rejimi: yalnız audio aktivləşdiriləcək. AUDİO rejimi
aktivləşdirildikdə valideyn aparatının displeyi sönür. Əlaqələndirmə
işığı valideyn aparatının hələ də yanılı və körpə aparatına qoşulu
olduğunu göstərir. Kərpə aparatından səs eşidildikdə ekranın yuxarı
hissəsindəki səs səviyyəsi işıqları yaşıl rəngdə yanacaqdır. Danışıq, layla,
menyu və həssaslıq düymələri vasitəsilə körpə aparatı ilə bütün əlçatan
funksionallıqlar mümkündür.
* VOX rejimi: 20 saniyə ərzində səs aşkarlanmadıqda (və ya həssaslıq
parametrini keçən kifayət qədər səs olmadıqda) valideyn aparatının
displeyi və səsi sönür. Körpəniz ağladıqda və həssaslıq limiti keçildikdə
həm displey, həm də səs dərhal aktivləşdiriləcək. Səs, səs limitindən aşağı
düşdükdə video 20 saniyə aktiv qalacaq. Nəzarət düymələrindən birinə
(parlaqlıq və ya səs səviyyəsi) basıldığı zaman cihaz təxminən 5 saniyə
ərzində video göstərməlidir. Layla menyusu da əlçatandır.
* ECO rejimi: 20 saniyə ərzində səs aşkarlanmadıqda valideyn aparatının
displeyi və səsi sönür. Eco Rejimi körpəniz ilə bağlantını saxlayarkən sakit
vaxtlarda enerji istehlakını azaldır. ECO rejimində ECO LED işığı yaşıl
rəngdə olur. Bu zaman cihaz müxtəlif bağlantı üsullarında işləyəcək. ECO
rejimində valideyn aparatı fasiləsiz radio tezliyi bağlantısı əvəzinə körpə
aparatı ilə bağlantını yoxlamaq üçün 2 saniyəlik ping mexanizmindən
istifadə edir. Buna görə də ECO rejimində Körpə Aparatı da az enerji
istehlak edəcək.
- Azərbaycan 66 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd843Avent scd845Avent scd845/52