Download Print this page

Tez-Tez Verilən Suallar - Philips AVENT SCD841 Manual

Hide thumbs Also See for AVENT SCD841:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Tez-tez verilən suallar
İSTİFADƏ QAYDASI/APARATLARI QOŞMAQ
Sual
Aparatı yandırdıqda
körpə aparatının
"yanılıdır" işığı niyə
yanmır?
Cərəyana qoşduqda
valideyn aparatı niyə
dolmur?
Cərəyana qoşduqda
körpə aparatı niyə
dolmur?
Niyə bağlantı qura
bilmirəm?
Niyə bağlantı tez-tez itir?
Niyə səsdə kəsintilər var?
Enerji təchizatı kəsildikdə
nə baş verir?
Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib.
Aşağıdakı məlumatlarla problemi həll edə bilməsəniz, tez-tez verilən
sualların siyahısı üçün www.philips.com/support saytına daxil olun və ya
ölkənizdəki İstehlakçılara Yardım Mərkəzi ilə əlaqə saxlayın.
Cavab
Böyük ehtimalla, körpə aparatı cərəyana qoşulmayıb. Körpə aparatını
cərəyana qoşun. Sonra valideyn aparatı ilə bağlantı qurmaq üçün
körpə aparatının yandırıb/söndürmə açarını yuxarıya doğru, YANILIDIR
istiqamətinə təyin edin.
Böyük ehtimalla, adapter düzgün taxılmayıb. Adapterin divardakı
rozetkaya düzgün taxıldığından əmin olun.
Ola bilsin ki, valideyn aparatı artıq tam dolub. Batareya tam
doldurulduqda və cihaz cərəyana qoşulduqda batareya statusunun işığı
yaşıl rəngdə yanacaq.
Körpə aparatında doldurma funksiyası yoxdur. Körpə aparatı yalnız
cərəyana qoşulu olduqda işləyir.
Böyük ehtimalla, körpə aparatı və valideyn aparatı işləmə diapazonunun
kənar limitlərinə yaxındır, yaxud 2.4 GHz tezlikdə işləyən başqa simsiz
cihazlar bağlantının kəsilməsinə səbəb olur. Başqa yeri sınayın, aparatlar
arasındakı məsafəni azaldın və ya 2.4 GHz tezlikdə işləyən digər cihazları
(noutbuklar, mobil telefonlar, mikrodalğalı sobalar və s.) söndürün.
Aparatlar arasında bağlantının yenidən qurulması 10 saniyəyə qədər çəkə
bilər.
Siqnal itibsə, valideyn aparatından siqnal səsi gələcək (hər 20 saniyədən
bir 3 qısa siqnal səsi).
Ola bilsin ki, körpə və valideyn aparatı bir-birinə çox yaxındır,
bağlantının kəsilməsinin qarşısını almaq üçün onların bir-birindən ən azı
1,5 metr/5 fut məsafədə olduğundan əmin olun.
Valideyn aparatı yenidən doldurula bilən batareya ilə işlədiyinə görə
batareya kifayət qədər doldurulubsa, valideyn aparatı işləməyə davam
edəcək. Buna baxmayaraq, körpə aparatı işləməyi dayandırır, çünki onda
yenidən doldurula bilən batareya yoxdur və yalnız cərəyana qoşulu
olduqda işləyir. Körpə aparatı ilə bağlantının itdiyini göstərmək üçün
valideyn aparatından siqnal səsi gələcək.
Cərəyan təchizatı bərpa edildikdə valideyn aparatı ilə körpə aparatı
arasındakı bağlantı yenidən avtomatik qurulacaq.
- Azərbaycan 65 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scd843Avent scd845Avent scd845/52