Briggs & Stratton 080000 Operator's Manual page 14

Hide thumbs Also See for 080000:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Müəllif hüququ: Copyright © Briggs & Stratton Corporation, Milwaukee, WI, USA. Bütün
hüquqlar qorunur.
Bu təlimatda həm mühərriklərlə bağlı risklər və təhlükələr, həm də onlara yol
verilməməsi barədə məlumat verilir. Təlimatda həmçinin mühərrikin düzgün istifadəsi
və ona qulluq barədə göstərişlər mövcuddur. Briggs & Stratton Corporation şirkəti bu
mühərrikin hansı avadanlıqda istifadə olunacağını bilmədiyi üçün, bu göstərişləri və
avadanlıq üçün göstərişləri oxumağınız və başa düşməyiniz çox mühümdür. Bu original
göstərişləri gələcəkdə istifadə etmək üçün saxlayın. 
Qeyd Bu təlimatda verilən şəkillər və diaqramlar yalnız istinad üçündür və hər spesifik
model üçün fərli ola bilərlər. Sualınız olarsa, dilerinizə müraciət edin. 
Ehtiyat hissələr və ya texniki yardım üçün aşağıda mühərrikin modeli, növü, kod
nömrələri və satınalınma tarixini qeyd edin. Bu nömrələr mühərrikin üzərində
mövcuddurlar (Xüsusiyyətlər və idarəetmələr bölməsinə baxın). 
 Satınalma tarixi 
 Mühərrikin Modeli - Növü -
Modifikasiyası 
 Mühərrikin seriya nömrəsi 
Utilizasiya haqqında məlumat
Bütün qablaşdırma, istifadə olunmuş yağ və batareyaları
qüvvədə olan hökumət qaydalarına uyğun olaraq utilizasiya
edilməlidir.
Operatorun Təhlükəsizliyi
Xəbərdaredici Simvol və Siqnal sözlər
Xəbərdaredici simvol (
) fiziki xəsarətə yol aça bilən təhlükələr barədə təhlükəsizlik
texnikası qaydalarını təyin etmək üçün istifadə edilir. Siqnal söz (TƏHLÜKƏ,
XƏBƏRDARLIQ və ya DİQQƏT) xəsarət ehtimalını və ya potensial xəsarətin ağırlığını
göstərmək üçün xəbərdarlıq simvolu ilə birlikdə istifadə edilir. Bundan əlavə, təhlükə
simvolu təhlükənin növünü bildirmək üçün istifadə edilə bilər.
TƏHLÜKƏ qaçınılmadığı halda ölümə yaxud ciddi xəsarətə səbəb olacaq
təhlükəni göstərir.
XƏBƏRDARLIQ qaçınılmadığı halda ölümə yaxud ciddi xəsarətə ölüm yaxud
ciddi xəsarət ehtimalı olmasını göstərir.
DİQQƏT qaçınılmadığı halda ölümə yaxud ciddi xəsarətə kiçik yaxud orta
dərəcəli xəsarət ehtimalı olmasını göstərir.
QEYD məhsula zərər vermə ehtimalının olduğu vəziyyəti göstərir.
Təhlükə Simvolları və Mənaları
Bədən xəsarətinə yol
aça bilən təhlükələrə dair
məlumatlar. 
Yanğın təhlükəsi 
Cərəyan vurması
təhlükəsi 
Qaynar səth təhlükəsi 
Əşya atılma təhlükəsi ‒
Göz qoruyucusu taxın. 
14
 
Qurğunu işlətməzdən və
texniki qulluq etməzdən əvvəl
Əməliyyatçının Təlimatını
oxuyun və başa düşün. 
Partlayış təhlükəsi 
Toksik tüstü təhlükəsi 
Səs-küy təhlükəsi ‒ Uzun
müddət istifadə edildikdə,
qulağı qoruyucu vasitələr
tövsiyə edilir. 
Partlayış təhlükəsi 
Donvurma təhlükəsi 
Amputasiya təhlükəsi ‒
hərəkətli hissələr 
Termal istilik təhlükəsi 
Təhlükəsizlik Bildirişləri
XƏBƏRDARLIQ
Briggs & Stratton® Mühərrikləri fun-kartlar, go-kartlar, uşaq maşınları, əyləncə yaxud
çətin yol şəraiti üçün olan idman maşınları (ATV-lər), motosikletlər, hava yastıqlı
maşınlar, aviasiya sənayesi məhsulları və ya Briggs & Stratton tərəfindən icazə
verilməyən yarışlarda istifadə edilən maşınlar üçün dizayn edilməmişdir və onlarda
istifadə edilə bilməz. Rəqabətədavamlı yarış vasitələri ilə bağlı ətraflı məlumat üçün
www.briggsracing.com saytına baxın. Çətin keçilən yerlər üçün nəzərdə tutulmuş
ümumi istifadə və yan-yana oturacaqlı maşınlar üçün xahiş edirik, Briggs & Stratton
Mühərrik Tətbiqetmə Mərkəzi ilə əlaqə saxlayın, 1-866-927-3349. Uyğun olmayan
mühərrikin tətbiqi ağır xəsarətə və ya ölümə səbəb ola bilər.
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları həddən artıq tez alışma və partlama xüsusiyyətinə
malikdirlər.
Yanğın və ya partlayış ciddi yanıqlara yaxud ölümə səbəb ola bilər.
Yanacaq Əlavə Edərkən
• Mühərriki söndürün və yanacaq qapağını açmazdan əvvəl mühərrikin ən azı 2
dəqiqə soyumasına imkan verin.
• Yanacaq çənini açıq yerdə və ya yaxşı havalandırılan yerdə doldurun.
• Yanacaq çənini ağzınacan doldurmayın. Yanacaq genişlənməsinə imkan verilməsi
üçün, çənin boğazının aşağı hissəsindən artıq doldurmayın.
• Yanacağı qığılcımdan, açıq alovdan, kontrol işığından, yüksək temperaturdan və
digər alışma mənbələrindən uzaq tutun.
• Yanacaq xətlərində, çənində, çənin qapağında və sistemin fitinqlərində çatların
yaxud sızmaların olub-olmadığını tez-tez yoxlayın. Ehtiyac olarsa dəyişin.
• Əgər yanacaq dağılarsa, mühərriki işə salmazdan əvvəl onun buxarlanmasını
gözləyin.
Mühərrikin işə salınması zamanı
• Alışma şamı, səsboğucu, yanacaq çəninin qapağı və hava təmizləyicisinin (əgər
varsa) yerində olduğundan və etibarlı bağlanmış olduğundan əmin olun.
• Alışma şamı çıxarılmış halda mühərriki işə salmayın.
• Əgər mühərrik, hava-yanacaq qatışığında yanacağın miqdarının çox olması
üzündən işə düşmürsə, drossel qapağını (əgər mühərrik onunla təchiz olunmuşsa)
AÇIQDIR / QOŞULUDUR vəziyyətinə qoyun, drosselin tənzimləyicisini (əgər
mühərrik onunla təchiz olunmuşsa), SÜRƏTLİ vəziyyətinə keçirin və mühərrik işə
düşənə qədər, onu işə salmağa davam edin.
Avadanlığı işlədən zaman
• Mühərriki və ya avadanlığı yanacağın dağılmasına səbəb olacaq bucaq altında
əyməyin.
• Mühərriki dayandırmaq üçün karbüratorun hava qapağını bağlamayın.
• Mühərriki heç vaxt hava təmizləyicisi vasitəsi ilə (əgər varsa) və ya hava filtri (əgər
varsa) çıxarılmış vəziyyətdə işə salmayın və işlətməyin.
Yağı Dəyişdirən Zaman
• Əgər siz yağı yuxarı yağdoldurma böğazlığından boşaldırsınızsa, onda yanacaq
çəni boş olmalıdır, əks halda yanacaq axa bilər və yanğın yaxud partlayış törədə
bilər.
Qurğunu texniki xidmət üçün əydiyiniz zaman
• Əgər qurğunun əyilməsi tələb olunan texniki qulluq işi yerinə yetiriləcəksə ,
yanacaq çəni (mühərrikin üzərinə quraşdırılmışsa) boş olmalıdır, əks halda,
yanacaq axıntısı ola bilər və bu, yanğına və ya partlayışa səbəb ola bilər.
Avadanlığın nəqli zamanı
• Yanacaq çəni BOŞ və ya yanacaq bağlama klapanı BAĞLI olduğu halda nəql
edin.
Geri atma təhlükəsi 
Kimyəvi maddə təhlükəsi 
Aşındırıcı 
BRIGGSandSTRATTON.com

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

090000093j00100000

Table of Contents