Download Print this page

Braun Oral-B 3766 Manual page 21

Hide thumbs Also See for Oral-B 3766:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
azaltmaq lazım olduğunu xatırladır. Bununla yanaşı, («Gündəlik
Təmizləmə», və «Həssas» rejimdə) fırça başlığının pulsasiyası
dayanacaq və fırça başlığının titrəmə hərəkəti azalacaq
(şəkil 4). İstifadə zamanı fırça başlığına yüngülcə basmaqla
vaxtaşırı təzyiq sensorunun necə işlədiyini yoxlayın.
Peşəkar Taymer
30 saniyəlik intervallarla çıxan qısa büdrəmə səsi ağzınızın
hər dörd bölməsini bərabər səviyyədə fırçalamağı xatırladır
(şəkil 3). Uzun büdrəmə səsi peşəkarların tövsiyə etdiyi 2
dəqiqəlik fırçalama vaxtının bitdiyini göstərir. Fırçalama zamanı
diş fırçası söndürülsə, keçən fırçalama vaxtı 30 saniyə yadda
saxlanacaq. 30 saniyədən artıq pauza verildikdə, taymer
sıfırlanır.
Fırça başlıqları
Oral-B sizin Oral-B diş fırçanızın dəstəyinə uyğun gələn
müxtəlif çeşiddə Oral-Bfırça başlıqları təklif edir.
Əksər Oral-B fırça başlıqları fırça başlığının nə zaman
dəyişdirilməli olduğunu göstərən açıq mavi INDICATOR
tükcüklərinə malikdir. Gündə iki dəfə iki dəqiqə ərzində tam
fırçalama ilə mavi rəng təqribən 3 aya yarıyadək solaraq fırça
başlığını dəyişdirmək lazım olduğundan xəbər verəcəkdir.
Tükcüklər rəng solmazdan əvvəl əyilibsə, dişlərə və damağa
həddindən artıq təzyiq göstərmiş ola bilərsiniz (şəkil 3).
Breketləri olanlar üçün Oral-B «FlossAction» və ya Oral-B
«3D White» fırça başlığının istifadəsini tövsiyə etmirik. Breketlər
və simlərin ətrafını təmizləmək üçün xüsusi olaraq hazırlanmış
Oral-B «Ortho» fırça başlığını istifadə edə bilərsiniz.
Təmizləmə tövsiyələri
Fırçalamadan sonra tutacaq yanılı şəkildə fırça başlığını suyun
altında yaxalayın. Tutacağı söndürün və başlığı çıxarın.
Tutacağı və fırça başlığını ayrı-ayrılıqda təmizləyin;
birləşdirmədən öncə qurudun. Təmizləmədən öncə enerji
cihazını elektrikdən ayırın. Fırça başlığının yuvasını/qoruyucu
örtüyü (i) və fırça başlığı tutacağı (h) qabyuyan maşında
yumaq olar. Enerji doldurucu cihaz (g), səyahət qutusu (j) və
enerji doldurucu cihazın qabı ancaq nəm parça ilə
təmizlənməlidir (şəkil 6). Səyahət qutusunda (j) yalnız
təmizlənmiş və quru tutacaq / fırça başlıqlarını saxladığınıza
əmin olun.
Öncədən xəbərdarlıq etmədən dəyişdirilə bilər.
Ekoloji bildiriş
Məhsul batareyalar və yenidən emal olunan
elektrik tullantılardan ibarətdir. Ekoloji
təhlükəsizlik üçün onu adi qaydada ev əşyalarını
tulladığınız kimi deyil, ölkənizdə yenidən emal
üçün nəzərdə tutulan elektrik tullantılarının
toplandığı yerlərə tullayın.
Zəmanət
Məhsula satınalma tarixindən başlayaraq 2 il müddətinə
məhdudlaşdırılmış zəmanət veririk. Zəmanət müddətində
material və ya istehsaldakı nöqsanlar səbəbindən məhsulda
yaranan istənilən qüsurları, qüsurlu hissələri təmir etməklə və
ya bütün cihazı yenisi ilə əvəz etməklə (seçimimiz əsasında)
pulsuz aradan qaldıracağıq. Ehtiyat hissələrinin
mövcudluğundan asılı olaraq cihazı fərqli rənglə və ya
ekvivalent modellə əvəz edəcəyik.
Bu zəmanət məhsulla təchiz olunan hər bir ölkə üçün Braun və
ya onun təyin edilmiş distribyutoru tərəfindən təmin edilir
Zəmanətə daxil deyil:
qeyri-düzgün istifadə nəticəsində, cihazın, xüsusən də dış
fırçalarının taxılması və ya istifadəsi zamanı yaranan zədə,
cihazın işinə və dəyərinə cüzi təsir göstərən qüsurlar. Təmir
icazəsiz şəxslər tərəfindən aparıldıqda və original Braun
hissələri istifadə edilmədikdə, zəmanət etibarsız sayılır.
Zəmanət müddəti daxilində xidmətdən istifadə etmək üçün
cihazı tam şəkildə alınma qəbzi ilə birlikdə Oral- B Braun
Müştəri Xidmətləri Mərkəzinə gətirin və ya göndərin.
Dəyişilən fırça başlıqlarına zəmanət
Qeyri-Oral-B fırça başlıqları ilə istifadə nəticəsində yenidən
doldurula bilən elektrik tutacaq zədələnərsə, Oral-B zəmanəti
etibarsızdır.
Oral-B dəyişdirilə bilən qeyri-Oral-B fırça başlıqlarının
istifadəsini tövsiyyə etmir.
• Oral-B dəyişdirilə bilən qeyri-Oral-B diş fırçalarının
keyfiyyətinə nəzarət etmir. Buna görə də dəyişdirilə bilən
qeyri-Oral-B fırça başlıqlarının təmizlik səviyyəsinin
yüksəkliyinə cihaz alınarkən ona verilən keyfiyyət əminliyini
verə bilmərik.
• Oral-B qeyri-Oral-B fırça başlıqlarının uyğunluğuna əminlik
verə bilməz.
• Oral-B qeyri-Oral-B fırça başlıqlarının tutacaqla birlikdə
uzun-müddətli effektivliyinə təminat verə bilməz.
Bütün Oral-B fırça başlıqları Oral-B loqosunu və yüksək
keyfiyyər standartlarını daşıyır. Oral-B fırça başlıqlarını və
tutacaq hissələrini heç bir başqa ad altında satmır.
21
Oral-B CrossAction fırça başlığı
Bizim ən qabaqcıl fırça başlığımız. Dəqiq
təmizləmə üçün bucaq altında yerləşən tükcüklər.
Ərpi çıxarır və təmizləyir.
Oral-B Sensitive Clean fırça başlığı
diş səthini təmizləmək üçün adi tükcüklərlə damaq
xəttində yumşaq fırçalama üçün ultra-nazik
tükcüklərin kombinasiyasından ibarətdir.
®

Advertisement

loading