Download Print this page

Braun Oral-B 3766 Manual page 20

Hide thumbs Also See for Oral-B 3766:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
• Fırça başlığını hər 3 aydan bir və ya başlıq köhnəldikdə daha
tez yenisi ilə əvəz edin.
• Hər istifadədən sonra fırça başlığını müvafiq qaydada təmizləyin
(«Təmizləməyə dair tövsiyələr» bəndinə baxın). Düzgün
təmizləmə diş fırçasından təhlükəsiz istifadə etməyə imkan
verəcək və onun uzunmüddətli istifadəsini təmin edəcək.
Təsvir
a Fırçanın başlığı
b Təzyiq sensoru işığı (modeldən asılı olaraq)
c Yanıb/sönmə düyməsi (rejim seçimi)
d Tutacaq
e Enerji göstərici işığı
f Enerjinin aşağı səviyyəsinin göstərici işığı
g Enerji doldurucu cihaz
Aksesuarlar (modeldən asılı olaraq):
h Fırça başlığı üçün tutacaq
i Firça başlığı hissəsi qoruyucu üzlük ilə
j Səyahət qutusu (dizayn fərqli ola bilər)
k Enerji doldurucu cihazın qabı
Qeyd: İçindəkilər modeldən asılı olaraq fərqli ola bilər
Xüsusiyyətlər
Gərginlik xüsusiyyətləri üçün doldurucunun alt hissəsinə baxın.
Səs səviyyəsi:
Doldurma və İstifadə
Diş fırçanızın su keçirməyən dəstəyi var, elektrik cərəyanı
baxımından təhlükəsizdir və vanna otağında istifadə üçün
hazırlanmışdır.
• Diş fırçanızı birbaşa istifadə edə bilər və ya qoşulmuş
adapterin (9) üzərinə yerləşdirərək cəld doldura bilərsiniz.
Qeyd: Batareya boş olduğu təqdirdə (doldurma zamanı
dolma səviyyəsi displeyində (e/f) heç bir işıq yanmır və ya
yandırma/söndürmə düyməsini (c) basdıqda reaksiya
olmur), ən azı 30 dəqiqə doldurun.
• Yaşıl enerji dolma indikator işığı (e) tutacağa enerji
doldurularkən sayrışır. O, tam dolduqdan sonra işıq sönür.
Tam dolma bir qayda olaraq 12 saat çəkir və mütəmadi
qaydada 2 həftə fırçalamağa (gündə iki dəfə, 2 dəqiqə
olmaqla) imkan verir (şəkil 1).
Qeyd: Tam boşaldıqdan sonra yaşıl işıq dərhal sayrışmaya
bilər; bu, 30 dəqiqəyədək çəkə bilər.
• Batareyada enerji aşağıdırsa, diş fırçanızı yandırarkən/
söndürərkən qırmızı enerji dolma indikator işığı (f) bir neçə
saniyə sayrışır. Batareya boş olduqda, mühərrik dayanacaq;
bir istifadə üçün ən azı 30 dəqiqəlik doldurma tələb olunur.
• Tam enerji səviyyəsində saxlamaq üçün dəstəyi həmişə
qoşulmuş doldurma qurğusunun üzərində saxlaya bilərsiniz;
batareyanın artıq doldurulmasına cihaz imkan vermir.
Qeyd: Batareyaya optimal texniki qulluq üçün dəstəyi otaq
temperaturunda saxlayın.
Diqqət: Dəstəyi 50 °C-dən yuxarı temperaturlara məruz
qoymayın. Doldurma üçün tövsiyə olunan mühit temperaturu
5 °C-dən 35 °C-ə qədərdir.
Diş fırçanızın istifadəsi
Fırçalama qaydası
• Fırça başlığını isladın və hər hansı növ diş məcunu tətbiq
edin. Sıçramanın qarşısını almaq üçün dəstəyi yandırmazdan
əvvəl fırça başlığını dişlərinizə yönəldin (şəkil 2).
• Oral-B titrəyən-fırlanan fırça başlıqlarından biri ilə
dişlərinizi fırçalayarkən, hər diş səthində bir neçə saniyə sərf
etməklə, fırça başlığını asta-asta dişdən dişə yönəldin. Hər
hansı fırça başlığı ilə xaricdən fırçalamağa başlayın, sonra
daxilə keçin və sonda çeynəmə səthlərini fırçalayın (şəkil 5).
• Ağzınızın hər dörd bölməsini bəbabər səviyyədə fırçalayın
(şəkil 4). Həmçinin, diş həkiminiz və ya diş gigiyenası
mütəxəssisimiz ilə sizin üçün düzgün fırçalama qaydası
haqqında məsləhətləşə bilərsiniz.
Hər hansı elektrik diş fırçasını istifadə etdiyiniz ilk günlərdə diş
ətləriniz yüngülcə qanaya bilər. Ümumiyyətlə, qanaxma bir
neçə gün sonra dayanmalıdır. 2 həftə sonra da davam edərsə,
diş həkiminiz və ya diş gigiyenası mütəxəssisiniz ilə
məsləhətləşin. Həssas dişləriniz və/və ya diş ətləriniz varsa,
Oral-B «Həssas» rejimi istifadə etməyi tövsiyə edir (Oral-B
«Həssas» fırça başlığı ilə birlikdə könüllüdür).
Fırçalama rejimləri (modeldən asılı olaraq)
Diş fırçanızda müxtəlif fırçalama rejimləri təklif edilir:
1-rejim 2-rejim 3-rejim 4-rejim Fırçalama rejimləri
Rejimləri necə dəyişməli:
Diş fırçanız avtomatik olaraq «Gündəlik Təmizləmə» rejimində
başlayır. Digər rejimlərə keçirmək üçün ardıcıl olaraq
yandırma/söndürmə düyməsini basın. Mühərrik dayanana
qədər yandırma/söndürmə düyməsini basıb saxlayaraq diş
fırçasını söndürün.
Təzyiq sensoru
Həddən artıq təzyiq tətbiq edilərsə, təzyiq sensoru işığı (b)
(modeldən asılı olaraq) qırmızı işıq yanaraq sizə təzyiqi
20
65 dB (A)
Gündəlik Təmizləmə –
Gündəlik təmizləmə üçün
standart rejim
Həssas – Həssas sahələr
üçün zərif, bir o qədər də
dərindən təmizləmə
Ağartma – Hərdən və ya
gündəlik istifadə üçün
müstəsna parlatma
Damağa Qulluq –
Damağınızı zərif şəkildə
masaj edir

Advertisement

loading