Qurutma - Philips AVENT SCF293 Manual

Hide thumbs Also See for AVENT SCF293:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1

Qurutma

1
Sterilizatoru quraşdırın ("Sterilizatorun quraşdırılması" bölməsinə baxın) və
əşyaları qurutmaq üçün onun içinə yerləşdirin.
Qeyd: Bütün hissələrin tamamilə ayrıldığından və effektiv qurutma üçün açıq
hissələri aşağı olmaqla səbətdə yerləşdirildiyindən əmin olun.
Ehtiyatlı olun. Qurutma başlayanda sterilizatordan isti buxar çıxacaq.
2
Qapağı kiçik və ya böyük səbətin üstünə yerləşdirin.
3
Ştepseli divardakı enerji mənbəyinə qoşun.
4
"Qurutma" rejimini işə salmaq üçün işə sal/söndür
düyməsinə basın. Sonra isə cihazı işə salmaq üçün ona
vurun.
• Təxmnən 30 saniyədən sonra qurutma başlayacaq.
Əşyaları qurutmaq üçün isti hava buraxan zaman cihaz
isinir�
• Cihazın quruduğunu göstərmək üçün gedişat
göstəricisinin işıqları vaxtaşırı yanıb sönür.
• Qurutma prosesi başa çatanda işıqlar sönür və cihaz
avtomatik olaraq dayanır.
Diqqət: Baza, torbalar və qapaq istismar zamanı və ya
istismardan qısa müddət sonra qaynar olur.
5
Qapağı çıxarın.
6
Butulka və digər əşyaları səbətdən çıxarın. Daha kiçik əşyaları çıxarmaq üçün
tutqacdan istifadə edin.
Ehtiyatlı olun. Qurudulmuş əşyalar hələ də isti ola bilər.
Qeyd: Qurudulmuş əşyalara toxunmazdan əvvəl əllərinizi təmiz-təmiz yuduğunuzdan
əmin olun.
Qeyd: Qurutma nəticəsi ətraf mühitin temperaturu, ətraf mühitin rütubətindən və
sterilizatorun doldurulmasından asılı olaraq dəyişə bilər. Lazım olsa bir dövrə də
qurutma prosesindən istifadə edə bilərsiniz.
7
Cihazı elektrik şəbəkəsindən ayırın və cihaz tam soyuyana qədər gözləyin.
- Azərbaycan 35 -
1
2

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Avent scf293/00

Table of Contents