Braun Oral-B GENIUS 8000 Manual page 90

Hide thumbs Also See for Oral-B GENIUS 8000:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
dən ayırın (şəkil B1./2.). Hər istifadədə
telefon tutacağını yenidən bərkidin.
• Ağıllı telefonun tutacağı yalnız nəm dəs-
malla təmizlənməlidir (şəkil 5). Təmiz və
quru yerdə saxlayın. İstifadə etmədikdə
telefonunuzu həmişə tutacağından ayırın.
Qeyd: İstifadə üçün yararlı Ağıllı Telefon
ölçüsü: minimum 58 mm, maksimum 83 mm.
Diqqət: Kiçik hissələrə ayrıla bilər, uşaqların
əli çatmadığı yerdə saxlayın.
Enerji Doldurucu Daşıma Qabı
• Dəstəyi doldurmaq üçün (5) onu enerji
doldurucu daşıma qabının içərisində san-
cağın üzərinə yerləşdirin (12) və təmin
edilmiş əlavə ağıllı ştepsel istifadə edərək
elektrik yuvasına qoşun (13).
Ağıllı stepsel dünya üzrə bütün əsas voltaj
diapazonları (100 - 240V) üçün istifadə
edilə bilər.
• Enerji doldurucu daşıma qabının sayrışan
işığı (12a) dəstəyin doldurulduğunu
göstərir. Dəstək tam dolduqda, işıq sönür.
Tam dolma 12 saatadək çəkə bilər (şəkil
C1).
Qeyd: Enerji doldurucu daşıma qabı enerji
mənbəyinə qoşulu olarkən hansısa elekt-
rik cihazını doldurmaq üçün USB portunu
(12b) istifadə edə bilərsiniz. Dəstək USB
portla deyil, yalnız ağıllı ştepsel ilə doldu-
rula bilər (13) (12c).
• Daşıma qabının daxili qapağında quraşdı-
rılmış smartfon ştativi var (12d), o, istifadə
zamanı smartfonunuzu tuta bilər (şəkil
C2).
İstifadədən əvvəl, telefonunuzun stendə
uyğun olduğuna və sabit dayandığına
əmin olun.
• Daşıma qabının çıxarıla bilən içliyi (şəkil
C3) (12e) qabyuyan maşında yuyula bilər
(şəkil 5).
Xarici örtük yalnız nəm parça ilə təmizlən-
məlidir.
Daşıma qabının hissələrinin yenidən bir-
ləşdirməzdən əvvəl tamamən quru oldu-
ğuna və daşıma qabında saxlamazdan
əvvəl diş fırçası/fırça başlıqlarının quru
olduğuna əmin olun.
Qeyd: Daşıma qabının üzərindəki ləkələri
dərhal təmizləyin. Daşıma qabını təmiz və
quru yerdə saxlayın.
Telefon/adapterinizin vanna otağı mühitində
istifadə üçün hazırlandığına əmin olmaq
üçün smartfonunuzun istifadəçi üçün təlimat
kitabçasını izləyin.
Kosmetika Çantası / Əsas Daşıma Qabı
Təmiz və quru diş fırçası/fırça başlıqlarını
əsas daşıma qabında (15) saxlayın və onu
kosmetika çantasına yerləşdirin (14) (şəkil
D1/2). Təmizləmə: Səthdəki ləkələri dərhal
təmizləyin. Kosmetika çantası yalnız ilıq su
ilə əldə yuyulmalıdır (30 °C – 40 °C). Əsas
daşıma qabı yalnız nəm parça ilə
təmizlənməlidir (şəkil 5). Təmiz və quru
yerdə saxlayın.
Bildiriş verilmədən dəyişdirilə bilər.
Ətraf Mühit Bildirişi
Məhsula batareyalar və/və ya
təkrar emal edilə bilən elektrik
tullantılar daxildir. Ətraf mühiti
qorumaq üçün məişət tullantıları
ilə birlikdə atmayın, təkrar emal üçün
ölkənizdə təmin edilmiş elektrik tullantılarının
toplanma nöqtələrinə aparın.
Zəmanət
Məhsula satınalma tarixindən başlayaraq
2 il müddətinə məhdudlaşdırılmış zəmanət
veririk.
Zəmanət müddəti ərzində cihazda material
və ya emal nöqsanlarından yaranan qüsurları
öz seçimimizlə, təmir edərək və ya cihazı
bütövlükdə dəyişərək, pulsuz aradan
qaldıracağıq. Ehtiyat hissələrinin
mövcudluğundan asılı olaraq cihazı fərqli
rənglə və ya ekvivalent modellə əvəz
edəcəyik.
Bu zəmanət Braun və ya təyin edilmiş
distribütor tərəfindən bu cihazın satıldığı hər
bir ölkəyə şamil olunur. Bu zəmanətə daxil
deyil: xüsusən fırça başlıqları ilə əlaqəli
olaraq düzgün istifadə olunmama, normal
köhnəlmə və ya istifadə nəticəsində yaranan
xəsarət, eləcə də, cihazın dəyərinə və ya
işləməsinə əhəmiyyətsiz təsir göstərən
qüsurlar.
Səlahiyyəti olmayan şəxslər tərəfindən təmir
işləri aparılarsa və orijinal Braun ehtiyat
hissələri istifadə olunmazsa, zəmanət
etibarsız sayılır.
Bu cihaz Bluetooth Smart radio modulu ilə
təchiz olunub. Cihazın Bluetooth radio
91

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Oral-b genius 9000

Table of Contents