Tullantını Azaltmaq Və Zərərlərin Qarşısını Almaq; Ətraf Mühitin Qorunması - Stihl RME 545 Instruction Manual

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 31
14. Tullantını azaltmaq və
zərərlərin qarşısını almaq
Məhsul qrupunun texniki baxışı və
qayğısına dair vacib göstərişlər
Əl ilə idarə olunan və batareya ilə
işləyən (STIHL RME) qazon biçən
STIHL, istismar təlimatlarında ehtiva
edilən, xüsusilə də, təhlükəsizlik, istismar
və texniki baxış ilə əlaqədar məlumata
riayət etməməkdən yaranan və ya icazəsiz
qurulmuş cihaz və ya ehtiyat hissələrinin
istifadəsindən irəli gələn maddi və ya fərdi
zədəyə görə öhdəlik daşımır.
Lütfən, STIHL maşınınız üçün baş verə
biləcək zədənin və ya həddən artıq
aşınmanın qarşısını almaq üçün aşağıdakı
mühüm məlumata həmişə əməl edin:
1. Yeyilmə hissələri
STIHL maşınının bəzi hissələri hətta
müvafiq şəkildə istifadə edildiyi zaman
belə normal yeyilməyə məruz qalır və
növündən və istifadə müddətindən asılı
olaraq vaxtında dəyişdirilməlidir.
Buraya həmçinin aiddir:
– Biçmə bıçağı
– Ot səbəti
– Plintuslar
– Kəmər (RME 545 V)
2. Bu istifadə təlimatında olan məlumat
ilə uyğunluq
STIHL maşını bu istifadə təlimatında
göstərilən diqqət ilə istifadə edilməli, təmir
edilməli və saxlanmalıdır. Təhlükəsizlik,
istismar və texniki baxış təlimatları ilə
uyğunsuzluqdan irəli gələn istənilən zədə
yalnız istifadəçinin öhdəliyindədir.
Bu xüsusilə tətbiq edilir:
454
– Düzgün hesablanmamış elektrik
cərəyanı ötürülməsi (kəsişmə)
– Yanlış elektrik bağlantısı (gərginlik).
– məhsula STIHL tərəfindən təsdiq
olunmayan dəyişikliklər.
– cihaz üçün icazə verilməyən, aid
olmayan və ya keyfiyyətcə uyğun
olmayan alət və aksessuarların
istifadəsi zamanı.
– Məhsuldan yanlış istifadə.
– Məhsuldan idman və ya yarış
məqsədləri üçün istifadə.
– Zədələnmiş hissələrə malik məhsulun
davamlı istifadəsi zamanı yaranan
zədələr.
3. Texniki baxış işləri
"Texniki baxış" bölməsində qeyd olunan
bütün əməliyyatlar müntəzəm olaraq icra
edilməlidir.
Əgər bu texniki baxış işləri istifadəçi
tərəfindən icra edilməzsə, mütəxəssis
vasitəçi onları yerinə yetirmək üçün
səlahiyyətləndirilməlidir.
STIHL, texniki baxış və təmir işlərini yalnız
STIHL mütəxəssis vasitəçi tərəfindən
həyata keçirməyinizi tövsiyə edir.
STIHL-in mütəxəssis vasitəçiləri
müntəzəm olaraq təlim kurslarında iştirak
edir və texniki məlumat ilə təmin edilir.
Əgər bu əməliyyatlar nəzarətsiz qalarsa,
istifadəçinin öhdəliyində olan xətalar
yarana bilər.
Digərləri ilə yanaşı buraya aiddir:
– hava soyuducu hissənin kifayət qədər
təmizlənməməsi (sovurucu)
nəticəsində elektirk motoruna ziyanlar.
– aidiyyatsız saxlanma zamanı korroziya
və digər zərərlər.
– keyfiyyətcə aşağı olan ehtiyat
hissəlrəinin istifadəsi nəticəsində
cihaza dəyən ziyan.
– vaxtında edilməyən və ya kifayət qədər
olmayan texniki baxış bəticəsində
zərərlər, o cümlədən, distribyutorların
emalatxanasında yerinə yetirilməmiş
texniki baxış və ya təmir işləri
nəticəsində zərərlər.
15. Ətraf mühitin qorunması
Biçilmiş ot qalığı tullantı deyil və
kompostlaşdırılmalıdır.
Qablaşdırma, cihaz və onun
hissələri də yenidən emal oluna
bilən materiallardan hazırlanıb
və emal edilməlidirlər.
Material qalıqlarının ayrılmış, ətraf mühitə
uyğun emalı dəyərli maddələrin yenidən
istifadəsini mümkün edir. Bu səbəbdən
cihazın müəyyən istifadəsindən sonra onu
dəyərli maddələrin toplandığı yerə gətirin.
Zəhmət olmasa, "Yenidən emal"
bölməsində emal məlumatlarına baxın.
(
4.9)
Tullantı məhsullarının yenidən necə
olunması haqqında məlumat üçün Emal
mərkəzinə və ya distribyutorunuza
müraciət edin.
16. Qalıq ehtiyat hissələri
Kəsim bıçağı:
6340 702 0100
Bıçaq vinti:
6340 760 2800
0478 121 9910 A - AZ

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Rme 545 cRme 545 v

Table of Contents