Azərbaycanca - Philips SpeedPro Aqua FC6728/01 Manual

Hide thumbs Also See for SpeedPro Aqua FC6728/01:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
12
Alış-verişiniz üçün sizi təbrik edir və Philips-ə xoş gəlmisiniz deyirik! Philips-in təklif etdiyi dəstəkdən tam
şəkildə yararlanmaq üçün məhsulunuzu www.philips.com/MyVacuumCleaner səhifəsində qeydiyyatdan
keçirin.
Təhlükəsizliklə bağlı vacib məlumat
Cihazdan istifadə etməzdən əvvəl bu vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə istinad etmək üçün
saxlayın. Verilən aksesuarlar müxtəlif məhsullar üçün fərqli ola bilər.
Təhlükə
-
Heç vaxt su və ya digər mayelərlə təmizləməyin. Heç vaxt tezalışan maddələrlə və külləri soyuyana qədər
təmizləməyin.
-
Cihazı və ya adapteri heç vaxt suya və ya başqa mayeyə batırmayın və onları kranın altında yumayın.
Xəbərdarlıq
-
Cihaz qoşulmazdan əvvəl adapterdəki gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-olmadığını
yoxlayın.
-
İstifadədən əvvəl hər zaman cihazı yoxlayın. Cihaz və ya adapter zədələnibsə, istifadə etməyin. Hər
zaman zədələnmiş hissəni orijinal növün bir parçası ilə dəyişdirin.
-
Adapter transformator ehtiva edir. Adapteri başqa bir ştepsel çəngəli ilə dəyişdirmək üçün kəsməyin, bu,
təhlükəli vəziyyətə səbəb ola bilər.
-
Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud cihazın
istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o zaman istifadə oluna bilər ki, onlara
cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət
altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar. Uşaqlar cihazla
oynamamalıdırlar. Nəzarət olmadan uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata keçirmək icazəsi
verilməməlidir.
-
Maqnit şarj diskini hər zaman uşaqlardan uzaq saxlayın.
-
Cihazı təmizləməmişdən və ya ona texniki qulluq etməmişdən əvvəl ştepsel rozetkadan çıxarılmalıdır.
-
Cihazı bir müddət istifadə etməyəcəksinizsə, adapteri şəbəkədən ayırın.
-
Cihazı bir aydan çox (istifadə etmədən və ya doldurmadan) saxlayarkən, batareyanın 50%-dən az
olmadığına əmin olun. Batareya boşaldıqdan sonra cihazın saxlanması batareyanın geri dönüşü olmayan
şəkildə zədələnməsinə səbəb ola bilər.
-
Cihazla işi bitirib onu yerinə qoyanda adapterin rozetkadan çıxarıldığına da əmin olun.
-
Mühərrikli fırçanın digər cihazlar və ya kabellərin elektrik naqilləri üzərində hərəkət etməsinə icazə
verməyin, çünki bu, təhlükəyə səbəb ola bilər.
-
Boş paltar, saç və bədən hissələrini mühərrikli fırçalardan uzaq tutun.
-
Cihaz işləyərkən ventilyasiya çıxışlarını örtməyin və ya bağlamayın.
-
Bu tozsoran yalnız məişətdə istifadə üçün nəzərdə tutulub. Bu tozsoranı bina tullantıları, sement tozu, kül,
narın qum, əhəng və buna bənzər maddələri təmizləmək üçün istifadə etməyin. Hər hansı filtri olmadan
tozsoranı heç vaxt istifadə etməyin. Bu, onun mühərrikinə ziyan vura və tozsoranın ömrünü qısalda bilər.
Tozsoranın bütün hissələrini həmişə istifadəçi təlimatında göstərildiyi kimi təmizləyin. İstifadəçi təlimatında
xüsusi olaraq göstərilməyibsə, heç bir hissəni su və/və ya təmizləyici vasitələrlə təmizləməyin.
-
Cihazı yalnız birlikdə verilən adapterlə şarj edin. Yalnız 25 voltluq adapter ZD12D250050EU və ya 29
voltluq adapter ZD12D290050EU-dan istifadə edin. Müvafiq adapter nömrəsini adapterin üzərində görə
bilərsiniz.
-
Məhsulu 5 °C və 40 °C aralığında olan temperaturda şarj edin, istifadə edin və saxlayın.
Azərbaycanca

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Speedpro aqua fc6718/01Fc6718/01

Table of Contents