Lenovo MOTOROLA Moto E4 Start-Up page 47

Hide thumbs Also See for MOTOROLA Moto E4:
Table of Contents

Advertisement

Available languages

Available languages

  • ENGLISH, page 1
Batareyanın Təhlükəsizliyi
Cihazı ilk dəfə yığmazdan, yükləməzdən və istifadə etməzdən öncə
məhsulla bağlı təmin edilmiş mühüm təhlükəsizlik və hüquqi məlumatı
oxuyun.
Mobil cihazınız donduqda, onu söndürüb yandırmağa çalışın -
ekran tündləşərək sönüb yenidən yananadək Enerji düyməsinə
vurub saxlayın. Mobil cihazınız çıxarılan batareyadan istifadə edir.
Təhlükəsizlik və daha yaxşı işləməsi üçün yalnız Orijinal Motorola
batareyalarından istifadə edin.
Xəbərdarlıq:
• Batareyanı daxil edən və ya çıxaran zaman alətlərdən, iti
əşyalardan və ya həddən artıq gücdən istifadə etməyin. Bu,
batareyanı zədələyə və alışma və ya xəsarətə səbəb ola bilər.
• Batareyanı açmağa və ya düzəltməyə çalışmayın. Bu, batareyanı
zədələyə və alışma və ya xəsarətə səbəb ola bilər.
• Batareyanı və ya mobil cihazı qırmayın, əyməyin və ya istilik və
ya mayenin təsirinə məruz qoymayın. Bu, batareyanı zədələyə və
alışma və ya xəsarətə səbəb ola bilər.
• Mobil cihazı mikrodalğalı soba, plitə və ya quruducu ilə qurutmağa
çalışmayın.
Yüksək Səs barədə xəbərdarlıq İstifadə
Mümkün eşitmə problemlərinin qarşısını almaq üçün uzun
müddət yüksək səsdə qulaq asmayın.
Tullanma və Təkrar Emal
Mümkün olduğu qədər kömək edin! Zəhmət olmasa, mobil
cihazlar və ya elektrik aksessuarlarını (adapterlər, qulaqlıqlar və ya
batareyalar) məişət tullantıları ilə birgə atmayın. Məhsulun bağlaması
və məhsul üzrə rəhbərlikləri yalnız yerli toplanma və təkrar emal tələblərinə
əsasən tullanmalıdır. Təsdiq edilmiş yerli təkrar emal sxemləri və Motorola
şirkətinin təkrar emal fəaliyyətləri ilə bağlı ətraflı məlumat almaq üçün
aşağıdakı səhifəyə keçin: www.motorola.com/recycling.
İstifadə
Bu telefon çox miqdarda datadan istifadə edən proqramlar və
xidmətləri dəstəkləyir, odur ki, data planınızın ehtiyaclarınıza uyğun
olduğundan əmin olun. Ətraflı məlumat almaq üçün xidmət təminatçısı
ilə əlaqə saxlayın. Müəyyən proqramlar və funksiyalar bütün ölkələrdə
mövcud olmaya bilər.
Nizamlayıcı məlumatlar
Bu cihazın Nizamlayıcı ID-nə baxmaq üçün (məs., FCC ID) telefonda
Parametrlər > Hüquqi məlumat > Nizamlayıcı məlumat seçin və ya
aşağıdakı səhifəyə daxil olun: www.motorola.com/device-legal.
Moto E4_GSG_Russia Country Group_en-GB ru kk az_73110100250B.indb 9
9
2017-04-07 16:31:28

Advertisement

Table of Contents
loading

Table of Contents