Lenovo Motorola Motox4 Read Me page 83

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Batareyadan təhlükəsiz istifadə
Komponentlərin ilk dəfə qurulması, batareyanın yüklənməsi və cihazın
ilk istifadəsindən əvvəl əlavə olunmuş təlimatda təhlükəsizlik texnikası
və hüquqi məlumatla tanış olun.
Mobil cihazınız donduqda, onu söndürüb yandırmağa çalışın - ekran
sönənədək Enerji düyməsinə basıb saxlayın.
Təhlükəsizliyiniz üçün mobil cihazınızın batareyası yalnız Motorola
servis mərkəzlərinin işçiləri və ya ixtisaslı mütəxəssislər tərəfindən
çıxarılmalıdır. Batareyanı özünüz çıxartmağa və ya dəyişməyə
çalışmayın, bu, batareyanın zədələnməsi və alışma və ya xəsarətə
səbəb ola bilər. Mobil cihazınızı qırmayın, əyməyin və ya istilik və ya
mayenin təsirinə məruz qoymayın. Bu, batareyanı zədələyə və alışma
və ya xəsarətə səbəb ola bilər. Mobil cihazı mikrodalğalı soba, plitə və
ya fen ilə qurutmağa çalışmayın.
Yuksək səslə istifadə haqqında
xəbərdarlıq
Mümkün eşitmə problemlərinin qarşısını almaq üçün uzun
müddət yüksək səslə musiqi və ya digər audiofayllara qulaq asmayın.
Utilizasiya və Təkrar Emal
Birlikdə biz bacararıq! Mobil cihazlar və ya elektrik
aksessuarları (adapterlər, qulaqlıqlar və ya batareyalar) məişət
tullantıları ilə birgə utilizasiya etməyin. Məhsulun qutusu və
istifadəçi təlimatı yalnız yerli zibilin toplanması və təkrar
emal tələblərinə əsasən utilizasiya olunmalıdır. Utilizasiya qaydaları
və Motorola şirkətinin materialların təkrar emalı ilə bağlı fəaliyyəti
haqqında əlavə məlumatı almaq üçün aşağıdakı səhifəyə keçin:
www.motorola.com/recycling.
İstifadə
Bu telefon böyük həcmdə trafikdən istifadə edən proqramlar
və xidmətləri dəstəkləyir, odur ki, uyğun tarif planından istifadə
etdiyinizdən əmin olun. Ətraflı məlumat almaq üçün xidmət təminatçısı
ilə əlaqə saxlayın. Bir sıra tətbiqetmə və funksiyaların istifadəsinə bəzi
olkələrdə məhdudiyyət qoyula bilər.
Normativ tələblər
Bu cihazın Normativ ID-nə baxmaq üçün (məs., FCC ID) telefonda
Parametrlər > Hüquqi məlumat > Normativ məlumat seçin və ya
aşağıdakı səhifəyə daxil olun: www.motorola.com/device-legal.
9
Moto X4_GSG_Russia_en-GB ru kk uk ro ka az_SSC8C19572A.indb 9
2017-08-09 11:13:10

Advertisement

Table of Contents
loading

Table of Contents