Braun Oral-B PRO TRIZONE 6000 Smart Manual page 127

Hide thumbs Also See for Oral-B PRO TRIZONE 6000:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Təmizləmədən öncə doldurucunu cihazdan ayırın.
Fırça başlığının yuvasını və qoruyucu örtüyü
qabyuyan maşında yumaq olar. Doldurucu və
SmartGuide ancaq nəm parça ilə təmizlənə bilər.
Səyahət kisəsinin (m) ayrıla bilən daxili hissəsini də
qabyuyan maşında yumaq olar. Xarici kisə isə nəm
parça ilə təmizlənməlidir. (şəkil 7, səhifə 5). Bir-birinə
birləşdirmədən öncə səyahət kisəsinin hissələrinin
və dış fırçanızın/fırça başlıqlarının kisəyə
yerləşdirilmədən öncə tam quru olduğuna əmin olun.
Qeyd: Səyahət kisəsinin üzərindəki ləkələri dərhal
təmizləyin. Onu təmiz və quru yerdə saxlayın.
Asılqan
Əgər SmartGuide-ı divardan, güzgüdən və ya başqa
yerdən asmaq istəyirsizsə, yapışan halqanı (l)
asılqanla (k) birlikdə istifadə edin. Yapışdırmadan
öncə seçdiyiniz səthin təmiz və quru olduğundan
əmin olun. Yapışan halqanı asılqanın hamar səthinə
yerləşdirin və asılqanı divara yapışdırın.
SmartGuide-ın tutacağını (j) divardakı asılqana
yerləşdirmədən öncə 24 saat gözləyin.
SmartGuide-ı tutacağına yerləşdirin (şəkil C,
səhifə 4). Yapışqan halqa çirkli-nahamar səth
üzərində işləməyəcək.
Öncədən xəbərdarlıq etmədən dəyişdirilə bilər.
Ekoloji bildiriş
Məhsul batareyalar və yenidən emal olunan
elektrik tullantılardan ibarətdir. Ekoloji
təhlükəsizlik üçün onu adi qaydada ev
əşyalarını tulladığınız kimi deyil, ölkənizdə
yenidən emal üçün nəzərdə tutulan elektrik
tullantılarının toplandığı yerlərə tullayın.
Zəmanət
Alınma tarixindən asılı olaraq məhsula 2 il
müddətində məhdud zəmanət veririk. Zəmanət
müddəti ərzində hazırlandığı material və ya istehsal
xətası nəticəsində meydana gələn nöqsanları
pulsuz təmir etmək və ya məhsulu tamamilə
dəyişməklə öz seçimimiz əsasında aradan qaldırırıq.
Bu zəmanət məhsulla təchiz olunan hər bir ölkə
üçün Barun və ya onun təyin edilmiş distribyutoru
tərəfindən təmin edilir.
Zəmanətə daxil deyil: qeyri-düzgün istifadə
nəticəsində, cihazın, xüsusən də dış fırçalarının
taxılması və ya istifadəsi zamanı yaranan zədə,
cihazın işinə və dəyərinə cüzi təsir göstərən
qüsurlar.
128
Təmir icazəsiz şəxslər tərəfindən aparıldıqda və
original Braun hissələri istifadə edilmədikdə,
zəmanət etibarsız sayılır.
Bu cihaz Bluetooth Smart radio modulu ilə təchiz
olunub. Cihazın Bluetooth radio modulu
zədələnmədiyi halda, onun ağıllı telefonla
birləşməmə səbəbi bu cihazın zəmanətinə daxil
deyil.
Bluetooth cihazlarına Oral-B tərəfindən deyil,
cihazın öz istehsalçısı tərəfindən zəmanət verilir.
Oral-B cihaz istehsalçılarına təsir göstərmir və
ya heç bir tövsiyyə vermir, buna görə də bizim
Bluetooth sistemlərinə qoşulan heç bir cihaz üçün
Oral-B məsuliyyət daşımır.
Oral-B əvvəlcədə bildiriş etmədən istənilən
texniki tənzimləmə və ya cihaz xüsusiyyətlərində,
interfeysində, Oral-B sistemlərinin funksionallığı
təmin etmək məqsədi ilə menyu strukturunda lazımi
sistem dəyişiklikləri etmək hüququna malikdir.
Zəmanət müddəti daxilində xidmətdən istifadə
etmək üçün cihazı tam şəkildə alınma qəbzi ilə
birlikdə Oral-B Braun Müştəri Xidmətləri Mərkəzinə
gətirin və ya göndərin.
®
Bluetooth
radio modul
haqqında əhəmiyyətli məlumat
Bluetooth cihazının göstərilən bütün funksiyaları
dəstəklənsə də, Oral-B onların cihaza birləşməyinə
və əməliyyatın ardıcıllığına 100%-lik əminlik vermir.
Əməliyyat göstəricisi və birləşmə əminliyi Bluetooth
cihazlarının fəaliyyətinin, proqram təminatının
növünün, həmin Bluetooth cihazlarının əməliyyat
sistemlərinin və şirkətin bu cihazlara tətbiq etdiyi
təhlükəsizlik tənzimləmələrinin birbaşa nəticəsidir.
Oral-B, Bluetooth cihazlarının Oral-B diş fırçaları ilə
əlaqə saxlaya və fəaliyyət göstərə bildiyi Bluetooth
sistemlərinə əlavə edilir və onlarla birlikdə fəaliyyət
göstərir.
İstənilən halda, əgər cihazın istehsalçıları bu
standartı həyata keçirmək iqtidarında deyillərsə,
istifadəçi Bluetooth uyğunluğu və fərqlilikləri ilə
bağlı bir sıra funksional və fərqli problemlərlə üzləşə
bilər ki, bu da gələcək güzəştlərə səbəb olacaq.
Bir daha nəzərinizə çatdırırq ki, Bluetooth cihazının
proqram təminatı uyğunluğa və fəaliyyətə təsir
göstərə bilər.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Oral-b pro trizone 6500Oral-b pro trizone 7000

Table of Contents