Braun Oral-B PRO TRIZONE 6000 Smart Manual page 125

Hide thumbs Also See for Oral-B PRO TRIZONE 6000:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Diş fırçanızın istifadəsi
Fırçalama texnikası
Fırça başlığını su ilə yaş edin və diş pastası çəkin.
Sıçramanın qarşısını almaq üçün cihazı işə
salmazdan əvvəl fırça başlığını dişinizə tərəf çevirin
(şəkil 2,səhifə 5)(B) (şəkil 2). Hər bir dişin üzərində
bir neçə saniyə qalmaqla fırça başlığını bir dişdən
digərinə hərəkət etdirin (şəkil 3, səhifə 5).
Öncə xarici, sonra daxili, ən sonda isə dişlərin
üstünü fırçalayın. Ağzınızın hər dörd hissəsini
bərabər şəkildə fırçalayın. Sizin üçün doğru
fırçalama texnikasını müəyyən etmək üçün öz
stomatoloqunuz ilə məsləhətləşin. Elektrik diş
fırçasının ilk istifadə günlərində diş ətlərinin cüzi
miqdarda qanaya bilər. Ümumilikdə, qanama bir
neçə gün ərzində dayanmalıdır. 2 həftədən artıq
davam edərsə, diş həkiminizə müraciət edin.
Əgər sizin diş və ya diş ətiniz həssasdırsa, Oral-B
«Həssas» rejimi (istəyə uyğun Oral-B «Həssas»
rejimli fırça başlığı) Oral-B istifadə etməyinizi
tövsiyyə edir.
Taymer
«Professional/Peşəkar» və ya «2-Minute/
2-dəqiqəlik» rejimlərindən birini seçə bilərsiniz.
«2-Minute» rejimi qısa səs və yaşıl işıq (b) ilə
stomatoloqların tövsiyyə etdiyi 2 dəqiqəlik fırçalama
vaxtının bitdiyini işarə edir.
«Professional» rejim qısa səs və yaşıl işıq ilə hər
30 saniyədən bir («Dərin Təmizlik» rejimində
45 saniyəlik interval) ağzınızın növbəti hissəsinə
(şəkil 5, səhifə 5) keçməyinizə işarə edir. Uzun səs
və yaşıl işıq peşəkarlar tərəfindən tövsiyyə edilmiş
2 dəqiqəlik («Dərin Təmizlik» rejimində 3 dəqiqə)
fırçalama vaxtının bitdiyini xəbər verir.
Fırçalama vaxtı, tutacaq qısa müddətə söndürülsə
belə, taymer fırçalama vaxtını yaddaşda saxlayır. 30
saniyədən artıq dayanma baş verdiyi təqdirdə və ya
rejim düyməsi (d) basıldıqda taymer vaxtı sıfırlayır.
Taymeri fərdiləşdirmək
Sizin diş fırçanız «Professional» rejimdə olur. Onu
dəyişmək üçün SmartGuide «:30» və «timer/
taymer» sözlərini göstərənə qədər fırçalama
rejimi düyməsini 3 saniyə ərzində basılı saxlayın.
«2-Minute/2-dəqiqə» rejiminə keçmək üçün
on/off (yanıb/sönmə) düyməsini asta-asta basın.
Seçiminizi təsdiqləmək üçün mode/rejim düyməsini
basın.
Təzyiq sensoru
Dişlərinizə həddindən artıq təzyiq göstərsəniz,
qırmızı rəngdə təzyiq sensorunun işığı (b) yanacaq
(şəkil 5, səhifə 5). Əlavə olaraq, «Daily Clean/
Gündəlik Təmizlik» və ya «Dərin Təmizlik»
rejimlərində fırçalayarkən, rejim avtomatik olaraq
«Sensitive/Həssas» rejimə keçəcək. Təzyiq
126
sensorunun fəaliyyətini yoxlamaq üçün müntəzəm
olaraq istifadə zamanı fırça başlığına basın.
Qeyd: «Tongue Cleaning/Dil Təmizləmə» rejimində
təzyiq sensoru sönülü olur.
Fırçalama rejimləri (modeldən asılı olaraq)
Sizin diş fırçanız müxtəlif növ fırçalama rejimləri
təklif edir:
«Daily Clean/Gündəlik Təmizlik» –
Gündəlik ağız təmizliyi üçün standart rejim
«Deep Clean/Dərin Təmizlik» –
Ağızın hər bir hissəsi üçün 45 saniyəlik
genişlənmiş fırçalama vaxtı (ümumi
3 dəqiqəlik fırçalama vaxtı)
«Sensitive/Həssas» –
İncə, həssas nahiyələrin təmizliyi üçün
«Whitening/Ağardıcı» –
Gündəlik və ya xüsusi istifadə zamanı cilalama
«Gum Care/Diş Ətinə Qayğı» –
Diş ətlərinin incə masajı
«Tongue Cleaning/Dil Təmizləyici» –
Gündəlik və ya xüsusi istifadə zamanı dilin
təmizlənməsi
«Tongue Cleaning/Dil Təmizləyici» rejimdən istifadə
edərkən «Sensitive/Həssas» fırça başlığından
istifadə etməyinizi tövsiyyə edirik. Dilinizi diş pasta
ilə və ya onsuz fırçalaya bilərsiniz. Bütün dilinizi incə
hərəkətlərlə sistemli şəkildə fırçalayın. Tövsiyyə
olunan fırçalama vaxtı 20 saniyədir; SmartGuide
bitmə zamanını gülən sima ifadəsi ilə bildirəcək.
Diş fırçanız avtomatik olaraq «Daily Clean/Gündəlik
Təmizlik» rejimində işləyir. Başqa rejimə keçirmək
üçün mode button/rejim düyəsini ardıcıl olaraq
basın (şəkil 6, səhifə 5). Hər hansı bir rejimdən
təkrar «Daily Clean/Gündəlik Təmizlik» rejimə
qayıtmaq üçün mode button/rejim düyməsini basılı
saxlayın. Fırçalama rejimi fırçalama zamanı
tutacağın sönülü olduğu vəziyyətdə belə yaddaşda
qalır. 30 saniyədən artıq fasilə etdikdə və ya fasilə
zamanı mode button/rejim düyməsini (d) basdıqda
mövcud rejim yenidən «Daily Clean/Gündəlik
Təmizlik» rejiminə qayıdır.
Fırça Başlıqları
Oral-B Sizə Oral-B diş fırçasının tutacağına uyğun
olan müxtəlif növ Oral-B fırça başlıqları təklif edir.
Bizim sağa-fırlanan fırça başlığımız dişlərin ardıcıl
dərin təmizlənməsi üçün istifadə edilə bilər.
Oral-B CrossAction fırça başlığı
Bizim ən təkmilləşmiş fırça
başlıqlarımız. Dərin təmizlik üçün
köndələn tükcüklər. Diş ərplərini
qaldırır və kənarlaşdırır.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Oral-b pro trizone 6500Oral-b pro trizone 7000

Table of Contents