Azərbaycanca - Braun Oral-B GENIUS 8000 Manual

Hide thumbs Also See for Oral-B GENIUS 8000:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
Oral-B-yə xoş gəlmisiniz!
Bu diş fırçasını istifadə etməzdən əvvəl bu
təlimatları oxuyun və bu təlimat kitabçasını
gələcək istifadə üçün saxlayın.
VACİB
• Bütün məhsulu/elektrik
məftilini zədələrə görə vaxtaşırı
yoxlayın.
Zədələnmiş və ya qeyri-işlək
qurğu istifadə edilməməlidir.
Məhsul/elektrik məftili
zədələndikdə Oral-B Servis
Mərkəzinə aparın.
Məhsula heç bir dəyişiklik
etməyin və ya özünüz təmir
etməyin.
Bu, yanğına, cərəyan
vurmasına və ya xəsarət
almanıza səbəb ola bilər.
• 3 yaşdan aşağı uşaqların
istifadə etməsi tövsiyə
olunmur.
Diş fırçaları uşaqlar və fiziki,
hissi və yaxud əqli imkanları
məhdud və ya təcrübəsi və
məlumatı yetərsiz olan insanlar
tərəfindən nəzarət altında və
ya təhlükəsiz istifadəyə dair
təlimatlandırıldıqdan və
mümkün təhlükələri
anladıqdan sonra istifadə
oluna bilər.
• Təmizləmə və texniki qulluq
uşaqlar tərəfindən icra
edilməməlidir.
• Uşaqlar cihazla oynamamalıdır.
86
• Bu məhsulu yalnız bu təlimat
kitabçasında təsvir edilən
qaydada, nəzərdə tutulmuş
məqsəd üçün istifadə edin.
İstehsalçı tərəfindən tövsiyə
edilməyən əlavələri istifadə
etməyin. Yalnız cihazla birlikdə
təmin edilmiş adapteri istifadə
edin.
XƏBƏRDARLIQ
• Adapteri/enerji doldurma ştativini, ağıllı
ştepseli və ya enerji doldurucu daşıma
qabını suda və ya mayedə, yaxud vannaya
və ya çanağa düşə biləcəyi və ya dartılıb
düşə biləcəyi yerə yerləşdirməyin. Suya
düşdükdə əyilib götürməyin. Dərhal
cərəyan yuvasından çıxarın.
• Cihazın batareyalarını əvəz etmək
mümkün deyil.
Cihazı açmayın və sökməyin.Batareyanın
təkrar emalı üçün cihazı bütövlükdə yerli
ətraf mühit normativlərinə uyğun olaraq atın.
Dəstəyin açılması cihazı korlayacaq və
zəmanəti etibarsız edəcək.
• Elektrik cərəyanından ayırarkən, həmişə
naqildən deyil, ştepseldən tutun.Yaş
əllərinizlə ştepselə toxunmayın. Bu
cərəyan vurmasına səbəb ola bilər.
• Hazırda ağız boşluğunuzla bağlı müalicə
alırsınızsa istifadədən əvvəl
stomatoloqunuzla məsləhətləşin.
• Bu diş fırçası fərdi gigiyena cihazıdır və
stomatoloji praktika və ya müəssisədə bir
neçə pasiyentdə istifadə üçün nəzərdə
tutulmayıb.
• Yalnız cihazla birlikdə təmin edilən
inteqrasiya edilmiş Təhlükəsiz Əlavə Aşağı
Voltaj enerji təchizatı olan adapter və/və
ya xüsusi naqil dəsti (ağıllı ştepsel)
istifadə edin. Onun heç bir hissəsini
dəyişməyin və ya müdaxilə etməyin, əks
halda cərəyan vurma riski var. Enerji
doldurma ştativi/enerji doldurucu daşıma
qabı üzərində
varsa, yalnız bu identifikatoru olan Braun/
Oral-B xüsusi naqil dəstini (ağıllı ştepsel)
istifadə edin.
• Kiçik hissələr çıxa bilər, uşaqların əli
çatmayan yerdə saxlayın.
492-5214 işarəsi

Hide quick links:

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Oral-b genius 9000

Table of Contents