Philips sonicare DiamondClean 9900 Prestige Manual page 26

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
26
Azərbaycanca
Elektromaqnit sahələr (EMS)
-
Diş məcununuzda peroksid, natrium bikarbonat və ya
bikarbonat varsa (ağardıcı diş məcunlarında geniş
yayılıb), hər istifadədən sonra fırça başlığını sabun və
su ilə yaxşıca təmizləyin. Bu, plastikin mümkün
zədələnməsinin qarşısını alır.
-
Tərkibində efir yağları və ya kokos yağı olan
məhsullarla birbaşa təmasdan çəkinin. Bu cür təmas
tüklərin yerindən çıxmasına səbəb ola bilər.
-
Batareyanı doldurmaq üçün yalnız məhsul ilə birlikdə
təchiz edilmiş USB divar adapterindən, doldurma
bazasından və doldurma funksiyalı portativ qabından
istifadə edin: WAA1001, WAA2001, HX9200, yaxud
HX9200/B və TCC1001, TCC2001, TCC3001, CBB1001
və ya CBB2001. Uzadıcı kabeldən istifadə etməyin.
-
Məhsulu 0 °C və 40 °C aralığında olan temperaturda
şarj edin, istifadə edin və saxlayın.
-
Məhsulu və batareyaları oddan uzaq saxlayın və onları
birbaşa günəş işığı və ya yüksək temperatura məruz
qoymayın.
-
Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə,
rəngini dəyişər və ya şarj normaldan daha uzun
müddət davam edərsə, məhsulu istifadə etməyi,
həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə
saxlayın.
-
Məhsulları və onların batareyalarını mikrodalğalı soba
və ya induksiyalı ocaqlara qoymayın.
-
Batareyaların qızmaması və ya zəhərli, təhlükəli
maddələr buraxmaması üçün məhsulu və ya
batareyanı açmayın, dəyişdirməyin, deşməyin,
zədələməyin və ya sökməyin. Batareyanın qısa
qapanmasına, həddindən artıq və ya əks şarj
edilməsinə yol verməyin.
-
Batareyalar zədələnərsə və ya sızdırarsa, onların dəri
və ya gözlə təmasından çəkinin. Bu baş verərsə, dərhal
su ilə yaxşıca yuyun və həkimə müraciət edin.
Bu Philips cihazı elektromaqnit sahələrin təsirinə məruz
qalma ilə əlaqədar bütün tətbiq olunan standartlar və
qaydalara uyğundur.

Advertisement

Table of Contents
loading

This manual is also suitable for:

Hx9992/42Hx9992/31

Table of Contents