Download Print this page

Braun Oral-B GENIUS 8000 Manual page 46

Hide thumbs Also See for Oral-B GENIUS 8000:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Azərbaycanca
Oral-B-yə xoş gəlmisiz!
Bu diş fırçasını istifadə etməzdən əvvəl
təlimatları oxuyun və gələcək istifadə üçün
saxlayın.
ƏHƏMİYYƏTLİ
• Mütəmadi olaraq
məhsulun/naqilin/hissələrin
zədələnmədiyini yoxlayın.
Zədələnmiş və ya çalışmayan
hissə istifadə edilə bilməz.
Məhsul/naqil/hissələr
zədələndikdə, Oral-B Servis
Mərkəzinə aparın. Məhsulu
dəyişdirməyin və ya təmir
etməyin. Bu yanğına, cərəyan
vurma və ya yaralanmaya
səbəb ola bilər.
• 3 yaşından kiçik uşaqların
istifadə etməsi tövsiyə edilmir.
Fırçalar uşaqlar, fiziki, əqli və
hissiyyat bacarıqları məhdud
olan və ya təcrübəsi olmayan
şəxslər tərəfindən yalnız onlara
cihazın təhlükəsiz qaydada
istifadəsinə dair təlimatlar
verildikdən və mövcud
təhlükələr izah olunduqdan
sonra istifadə oluna bilər.
• Təmizləmə və qulluq
uşaqlar tərəfindən həyata
keçirilməməlidir.
• Uşaqların cihazla oynamasına
yol verilməməlidir.
• Bu məhsulu ancaq təyinatı
üzrə göstəriş kitabçasında
qeyd edildiyi kimi istifadə edin.
İstehsalçı tərəfindən məsləhət
görülməyən əlavələrdən
istifadə etməyin.
DİQQƏT
• Cihaz əlinizdən düşdükdə görünən zədə
olmasa belə, fırça başlığını yenisi ilə əvəz
edin.
• Doldurucunu, smart naqilini və ya
doldurucunun səyahət üzlüyünü suda,
mayedə, su çəlləyinə və ya çanağına düşə
biləcək yerdə saxlamayın. Suya düşdükdə
çıxarmağa çalışmayın. Dərhal elektrik
cərəyanından ayırın.
• Cihazı açmayın və ya hissələrə ayırmayın.
Batareyanı tullamaq üçün cihazı bütöv
formada müvafiq yerli tullama sisteminə
uyğun tullayın. Tutacağın açılması cihazı
zədələyəcək və zəmanəti pozacaq.
• Cərəyandan ayırarkən naqili deyil
cərəyana birləşən hissədən tutun. Ona
sulu əllə toxunmayın. Bu elektrik vurmasına
səbəb ola bilər.
• Hər hansı dental müalicə alırsınızsa, bu
cihazı istifadə etməzdən əvvəl həkiminizlə
məsləhətləşin.
• Bu diş fırçası fərdi istifadə cihazıdır,
stomatoloji təcrübədə və ya tibbi
müəssisədə çoxsaylı xəstlərdə istifadə
üçün nəzərdə tutulmayıb.
• Fırçanı (başlığı) hər 3 aydan bir və ya
zədələndikdə yeniləyin.
• Doldurucunun səyahət üzlüyü xüsusi
naqil dəsti (smart naqil) ilə təchiz olunub.
Bu dəst inteqrasiya edilmiş Təhlükəsiz
Ekstra Aşağı Voltlu elektrik ilə təchiz etmə
qabiliyyətinə malikdir. Onu başqa
hissələrlə dəyişməyin və ya heç bir
müdaxilə etməyin, əks halda elektrik
vurma təhlükəsi yüksəkdir. Ancaq
cihazınızın təmin olduğu xüsusi naqil
dəstini istifadə edin.
Vacib məlumatlar
• Oral-B ağıllı telefonunuz ilə istifadə
oluna bilər (daha ətraflı məlumat üçün
"Diş fırçanızı Ağıllı telefonunuza
birləşdirin" bölməsini oxuyun).
• Təyyarədə və ya xəstəxanalarda xüsusi
işarəli ərazilərdə elektromaqnit
müdaxilə və ya uyğunluq ziddiyyətlərinin
qarşısını almaq üçün tutacaqdakı (5)
radio ötürücünü söndürün.
47

Advertisement

loading

This manual is also suitable for:

Oral-b genius 9000