Motorola Moto Z2 Play Read Me page 83

Hide thumbs Also See for Moto Z2 Play:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Batareyanın Təhlükəsizliyi
Cihazı ilk dəfə yığmazdan, yükləməzdən və istifadə etməzdən öncə məhsulla
bağlı təmin edilmiş mühüm təhlükəsizlik və hüquqi məlumatı oxuyun.
Mobil cihazınız donduqda, onu söndürüb yandırmağa çalışın - ekran
tündləşərək sönüb yenidən yananadək Enerji düyməsinə vurub saxlayın.
Təhlükəsizliyiniz üçün mobil cihazınızın batareyası yalnız Motorola tərəfindən
təsdiq edilmiş xidmət mərkəzi və müstəqil səriştəli peşəkarlar tərəfindən
çıxarılmalıdır. Batareyanı özünüz çıxarmağa və ya dəyişməyə çalışmayın,
bu, batareyanın zədələnməsi və alışma və ya xəsarətə səbəb ola bilər.
Mobil cihazınızı qırmayın, əyməyin və ya istilik və ya mayenin təsirinə məruz
qoymayın. Bu, batareyanı zədələyə və alışma və ya xəsarətə səbəb ola
bilər. Mobil cihazı mikrodalğalı soba, plitə və ya quruducu ilə qurutmağa
çalışmayın.
Yüksək Səs barədə xəbərdarlıq
İstifadə
Mümkün eşitmə problemlərinin qarşısını almaq üçün uzun müddət
yüksək səsdə qulaq asmayın.
Tullanma və Təkrar Emal
Mümkün olduğu qədər kömək edin! Zəhmət olmasa, mobil
cihazlar və ya elektrik aksessuarlarını (adapterlər, qulaqlıqlar və
ya batareyalar) məişət tullantıları ilə birgə atmayın. Məhsulun
bağlaması və məhsul üzrə rəhbərlikləri yalnız yerli toplanma və
təkrar emal tələblərinə əsasən tullanmalıdır. Təsdiq edilmiş yerli təkrar
emal sxemləri və Motorola şirkətinin təkrar emal fəaliyyətləri ilə bağlı ətraflı
məlumat almaq üçün aşağıdakı səhifəyə keçin:
www.motorola.com/recycling.
İstifadə
Bu telefon çox miqdarda datadan istifadə edən proqramlar və xidmətləri
dəstəkləyir, odur ki, data planınızın ehtiyaclarınıza uyğun olduğundan əmin
olun. Ətraflı məlumat almaq üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.
Müəyyən proqramlar və funksiyalar bütün ölkələrdə mövcud olmaya bilər.
Nizamlayıcı məlumatlar
Bu cihazın Nizamlayıcı ID-nə baxmaq üçün (məs., FCC ID) telefonda
Parametrlər > Hüquqi məlumat > Nizamlayıcı məlumat seçin və ya
aşağıdakı səhifəyə daxil olun: www.motorola.com/device-legal.
Zəmanət
Bu məhsul Motorola şirkətinin məhdud zəmanəti ilə ehtiva edilir.
Telefonda zəmanətə baxmaq üçün Parametrlər > Hüquqi məlumat >
Zəmanət seçin və ya
www.motorola.com/device-legal
səhifəsinə daxil
olun. Eyni zamanda aşağıdakı ünvandan Motorola ilə əlaqə saxlayaraq
zəmanətin nüsxəsini əldə edə bilərsiniz: Motorola Mobility LLC, Müştəri
Xidməti Şöbəsi--Zəmanət Sorğusu, 222 West Merchandise Mart Plaza,
Suite 1800, Chicago, IL 60654.
9
Moto Z2 Play_GSG_Russia Country group_en-GB ru kk uk ro ka az_68018315006A.indb 9
2017/3/24 16:51:07

Advertisement

Table of Contents
loading

Table of Contents