Quraşdırma; Quraşdırmadan Əvvəl; Quraşdırma Yeri Üçün Tələblər; Cihazın Quraşdırılması - Bosch Climate Line 2000 Installation Instructions Manual

Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 21
Quraşdırma
3
Quraşdırma
3.1
Quraşdırmadan əvvəl
DİQQƏT
İti künclər səbəbindən zədələnmə riski!
▶ Quraşdırma zamanı qoruyucu əlcək geyinin.
DİQQƏT
Yanma təhlükəsi!
İstifadə zamanı borular çox isti olur.
▶ Borulara toxunmadan əvvəl onların soyuduğundan əmin olun.
▶ Çatdırılmanın tam həcmdə və komlektasiya ilə yerinə yetirilməsini
yoxlamaq.
▶ Daxili blokun borularını vakuum səbəbiylə açarkən sızıltının eşidilib
eşidilmədiyini yoxlayın.
3.2
Quraşdırma yeri üçün tələblər
▶ Minimum məsafələri qoruyun ( Şəkil 2, qədər 4).
Daxili blok
▶ Quraşdırma yeri dəniz səviyyəsindən 2000 m-dən yüksək
olmamalıdır.
▶ Hava girişini və çıxışını havanın sərbəst dövran etməsi üçün
manələrdən azad saxlayın. Bu edilmədiyi təqdirdə performans
itkisinə və səs səviyyəsinin artmasına səbəb ola bilər.
▶ Televiziya, radio və bənzər cihazları cihazdan və uzaqdan idarəetmə
pultundan ən azı 1 m məsafədə saxlayın.
▶ Daxili bloku quraşdırılması üçün vibrasiya olmayan bir divar seçin.
Xarici blok
▶ Xarici bloku mühərrik yağı buxarına, isti su buxarına, kükürd qazına və
s. məruz qoymayın.
▶ Xarici bloku birbaşa su altında quraşdırmayın və ya dəniz küləyinə
məruz qoymayın.
▶ Xarici blokda qar olmamalıdır.
▶ Çıxan tullantı qazı və ya iş səsləri narahatlıq yaratmamalıdır.
▶ Hava xarici blokun ətrafında yaxşı dövran etməlidir, lakin cihaz güclü
küləyə məruz qalmamalıdır.
▶ Əməliyyat zamanı meydana gələn kondensat problemsiz şəkildə
axıdılmalıdır. Lazım olarsa, bir drenaj borusu yerləşdirin. Drenaj
borusunu soyuq regionlarda istifadə etmək tövsiyə edilmir, çünki
buzlana bilər
▶ Xarici bloku sabit bir səthə qoyun.
14
3.3
Cihazın quraşdırılması
QEYD
Səhv quraşdırma səbəbindən maddi ziyan!
Səhv quraşdırma cihazın divardan düşməsinə gətirib çıxara bilər.
▶ Cihazı yalnız möhkəm, hamar bir divara quraşdırın. Divar cihazın
ağırlığına dözə bilməlidir.
▶ Yalnız divar növünə və cihazın ağırlığına uyğun vintlərdən və
dyubellərdən istifadə edin.
3.3.1
Daxili bloku quraşdırmaq
▶ Qutunu yuxarıya doğru açın və daxili bloku yuxarıya çəkin
( Şəkil 6).
▶ Daxili bloku qablaşdırmanın qoruyucu hissələri ön tərəfdə olmaqla
uzadın. ( Şəkil 7).
▶ Vintləri boşaldın və daxili blokun arxasındakı montaj lövhəsini çıxarın.
▶ Minimum məsafələri nəzərə alaraq quraşdırma yerini
müəyyənləşdirin ( Şəkil 2).
▶ Montaj lövhəsini divarın yuxarı mərkəzinə bir vint və dyubel vasitəsilə
bərkidin və üfüqi şəkildə düzəldin. ( Şəkil 8).
▶ Montaj lövhəsini divara tam oturması üçün onu daha dörd vint və
dyubel vasitəsi ilə sabitləyin.
▶ Borular üçün divar keçidlərini açın (divar keçidinin tövsiyə olunan
vəziyyəti daxili bölmənin arxasıdır  Şəkil 9).
▶ Lazım gələrsə, kondensat drenajının yerini dəyişdirin ( Şəkil 10).
Çox hallarda, daxili blokun boru fiksatorları daxili blokun arxasında
yerləşir. Daxili bölməni asmadan əvvəl boruları uzatmağı məsləhət
görürük.
▶ Boru birləşmələrini 3.4.1 fəsilindədə təsvir edildiyi kimi həyata
keçirin.
▶ Lazım gələrsə, boru kəmərlərini istədiyiniz istiqamətə bükün və daxili
bölmənin yan tərəfində keçid açın. ( Şəkil 12).
▶ Boruları divardan keçirin və daxili bloku montaj lövhəsindən asın.
( Şəkil 13).
▶ Üst qapağı yuxarıya doğru qatlayın və iki filter portundan birini
çıxarın. ( Şəkil 14).
▶ Çatdırılma komplektasyasında təqdim olunan filteri filter portuna
daxil edin və filter portunu yenidən quraşdırın.
Daxili blokun montaj lövhəsindən çıxarılması lazımdırsa:
▶ Örtüyün alt hissəsini iki boşluq zonasından aşağı çəkərək daxili bloku
irəli çəkin. ( Şəkil 15).
3.3.2
Xarici blokun quraşdırılması
▶ Karton qutunu yuxarıya doğru düzəldin.
▶ Bağlama qayışlarını kəsin və çıxarın.
▶ Qutunu yuxarıya doğru çəkin və qablaşdırmanı kənarlaşdırın.
▶ Quraşdırma növündən asılı olaraq döşəmə və ya divar kronşteynini
hazırlayın və quraşdırın.
▶ Xarici bloku ayaqları üçün verilən və ya təmin olunan vibrasiya
dempferlərindən istifadə edərək quraşdırın və ya asın.
▶ Bir dayaq və ya divar kronşteyni istifadə edərək quraşdıran zaman,
hermetiklə birlikdə verilən drenaj kronşteynini istifadə
edin.( Şəkil 16).
▶ Boru birləşmələri üçün qapağı çıxarın ( Şəkil 17).
▶ Boru birləşmələrini 3.4.1 fəsilindədə təsvir edildiyi kimi həyata
keçirin.
▶ Boru birləşmələri üçün örtüyü yenidən yerləşdirin.
Climate Line 2000 – 6721831695 (2021/02)

Hide quick links:

Advertisement

Table of Contents
loading
Need help?

Need help?

Do you have a question about the Climate Line 2000 and is the answer not in the manual?

Questions and answers

Table of Contents